Accessibility links

Qazaxıstan Prezident Kasım Jomart Toqayev iğtişaşlar yatırıldıqdan sonra Almatıya gedib


Prezident Qasım Jomart Toqayev Almatıya gedib. Bu onun keçən həftə ölümcül iğtişaşlardan sonra Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbçilərini çağırmağa vadar etməsindən sonra Qazaxıstanın ən böyük şəhərinə ilk səfəri olub.

Mətbuat katibi Berik Uali bildirib ki, Toqayev yanvarın 12-də şəhərin Fövqəladə Hallar Qrupunun iclasında iştirak etdiyini, sonra isə yanacağın kəskin şəkildə bahalaşmasına səbəb olan etirazlar zamanı həlak olan hüquq-mühafizə orqanlarının əməkdaşlarının qohumları və həmkarları ilə görüşüb. Zorakılıq nəticəsində ölənlərin dəqiq sayı hələ də qeyri-müəyyəndir.

İğtişaşlar ucqar Mangistau bölgəsinin sakinlərinin mayeləşdirilmiş neft qazının (LPG) qiymətinin kəskin bahalaşmasına qarşı dinc etirazlardan sonra başlayıb.

Dinc etirazlar zorakılıq halına keçməzdən əvvəl iqtisadi və siyasi narazılıqlara qarşı daha geniş mitinqə çevrilib və bundan sonra izdiham 1,8 milyon əhalisi olan keçmiş Sovet respublikasının ticarət paytaxtı Almatıda və başqa yerlərdə ictimai binaları və mağazaları qarət edib yandırmağa başlayıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsgərləri Almatıda
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsgərləri Almatıda

Qazaxıstan mediası yanvarın 12-də zorakılıqların səngidiyi vaxt 1700 nəfərin saxlandığını və iğtişaşlar zamanı saxlanmaların ümumi sayının təxminən 10 min nəfərə çatdığını bildirib.

Artan böhran şəraitində Toqayev yanvarın 5-də ölkədə fövqəladə vəziyyət elan edib və təhlükəsizliyin qorunmasına yardım etmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından qoşun çağırıb.

Eyni zamanda, o, öz kabinetini istefaya göndərib və 81 yaşlı Nazarbayevi Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən uzaqlaşdırıb.

Toqayev Milli Təhlükəsizlik Komitəsinin (DTK) rəhbəri, uzun müddət Nazarbayevin müttəfiqi olan Kərim Məsimovu da işdən çıxarıb və sonra onu dövlətə xəyanətdə ittiham edib. Daha bir neçə təhlükəsizlik işçisinin də saxlandığı bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG