Accessibility links

Keçmiş daxili işlər naziri İsgəndər Həmidov saxlandığını deyir


Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov yanvarın 30-da Şəkidə yerli polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə İsgəndər Həmidovun özü məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Müdafiə Nazirliyinin keçmiş rəhbəri Rəhim Qazıyevin anasının vəfatının ildönümü ilə bağlı hüzr mərasiminə gedib. Lakin şəhərin girəcəyində onu saxlayıblar və iki saat rayon polis şöbəsində qalıb.

“Saxlanma hansısa qanun pozuntusu ilə əlaqədar olmayıb. Məndən hakimiyyəti tənqid etməyimin səbəblərini və yeni ictimai hərəkatın yaradılması haqda soruşdular,” keçmiş nazir bildirib.

Həmidov bu il yanvarın 26-da yaradılan "Azərbaycan xalq hərəkatı" adlı ictimai qurumun təsisçilərindən biridir.

Amma bu deyilənlərə hələlik, Şəki Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

İsgəndər Həmidov 1992-93-cü illərdə daxili işlər naziri olub.

O,1995-ci ildə həbs edilib. Mənimsəmə, səlahiyyət həddini aşma və başqa cinayətdə ittiham edilərək 14 il həbs cəzası alıb. İttihamları qəbul etməyən keçmiş nazir 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG