Accessibility links

Keçmiş FBI direktoru: Hüquq-mühafizə orqanları Trampı hakimiyyətdən kənarlaşdırmağı nəzərdən keçirib


Donald Tramp administirasiyası Federal Təhqiqatlar Bürosunun müvəqqəti işlər üzrə sabiq rəhbəri Endryu Makkeybə cavab verib. CBS New telekanalına verdiyi müsahibəsində Makkeyb bildirib ki, yüksək rütbəli hüquq-mühafizə orqanları FBI-nin keçmiş direktoru Ceyms Komini vəzifəsindən azad etdiyi üçün Donald Trampı konstitusiya uyğun olaraq ABŞ prezidenti vəzifəsindən kənarlaşdırmağı nəzərdən keçirib.

Makkeyb vəzifəsindən tam rüsvayçılıqla ona görə çıxarılıb ki, o, dövlət orqanlarına and içdikdən sonra belə yalan danışıb.
Sara Sanders, Ağ Evin mətbuat katibi

Endryu Makkeyb həmçinin əlavə edib ki, o, prezident Donald Trampa qarşı onun seçki kampaniyası ilə Rusiya arasında əlaqəni araşdıran xüsusi prokuror Robert Müllerin təhqiqatından qorxduğu üçün istintaq başladıb.

FBI-ın nəzarət etdiyi Ədliyyə Departamenti Makkeybin hadisələrdən çıxardığı nəticələri “doğru olmayan və faktiki səhv” adlandırıb. Endryu Makkeyb ötən ilin may ayında vəzifəsindən uzaqlaşdırılmışdı.

Robert Müller Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsini araşdırır.
Robert Müller Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsini araşdırır.

Cümə axşamı yayınlanan Makkeybin müsahibəsinin sonra qısa bir müddət sonra Tramp öz tvitində onu “FBI və ölkə üçün bir ləkə” adlandırıb.

Endryu Makkeybin bu şərhləri federal hakimin Tramp kampaniyasının sədri Pol Manafortun 2016-cı ilin avqust ayında Rusiya kəşfiyyat əməliyyatçıları ilə görüşü barədə xüsusi prokuror Robert Müllerə yalan dediyinə dair hökm çıxarmasından bir gün sonraya təsadüf edib.

XS
SM
MD
LG