Accessibility links

Yunis Səfərov məhkəmədə ifadə verib


Yunis Səfərov
Yunis Səfərov

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Media nümayəndələri məhkəmə zalına buraxılmayıb.

Vəkil Fariz Namazlı jurnalistlərə bildirib ki, noyabrın 3-də keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslər Firudin Zeynalov, Ceyhun Qurbanov və Yunis Səfərov ifadə verib. Firudin Zeynalov ifadə verməzdən əvvəl əllərinin qandallarının açılmasını məhkəmədən xahiş edib.

Lakin sədrlik edən hakim Əfqan Hacıyev bu məsələyə əvvəlki məhkəmə iclaslarında baxılaraq qərar verildiyini bildirib.

Daha sonra təqsirləndirilən şəxslər ifadə veriblər.

Belə ki, Firudin Zeynalov bildirib ki, hadisələr baş verən zaman, yəni Elmar Vəliyevin güllə ilə vurulması zamanı həbsdə olub və əvvəllər Yunis Səfərovu tanımayıb. O, Yunis Səfərovu yalnız məhkəmə prosesləri zamanı tanıdığını bildirib.

Ceyhun Qurbanov Yunis Səfərovla uzaq qohum olduğunu bildirib, lakin onunla çox söhbət etmədiyini bildirib.

Daha sonra Yunus Səfərov ifadə verib. O ifadəsində Elmar Vəliyevin vurulmasına səbəb və məqsədlərdən danışıb.

Yunus Səfərov qeyd edib ki, Gəncədə insanlara zülm edən icra başçısı barədə yuxarı dövlət qurumlarına şikayətlər edilir, bu şikayətlər səmərə vermədikdə vətəndaş başqa alternativ yollara əl atır, özü Vəliyevi cəzalandırmaq niyyətinə düşür.

“Gəncədə bir çox problemlər mövcud idi. Bu problemlər qanun çərçivəsində həll olunmadığına görə mən bu yola əl atmalı oldum. Mənə kömək edən olmadığına görə minimum iş görə bildim, dövlət qurumlarına siqnal ötürə bildim, ədalət naminə bu işi gördüm. Əgər mənə kömək edən olsaydı, mən silah axtarmazdım və bunun üçün polis əməkdaşına xəsarət yetirməzdim, yaxud Vəliyevə Gəncə şəhər İcra Hakimiyyətinin yaxınlığında xəsarət yetirməzdim. Mənə kömək edən olsaydı Elmar Vəliyevə mənim üçün daha təhlükəsiz yerdə xəsarət yetirə bilərdim,“ Səfərov ifadəsində deyib.

Firudin Zeynalovun qardaşı Anar Zeynalov jurnalistlərə açıqlamasında bildirib ki, qardaşı dini fəal olaraq həmişə dövlət orqanlarınları tərəfindən nəzarətdə olub.

Onin sözlərinə görə, qardaşı 2017-ci ildən həbsdə olub. Həbdə ola-ola qardaşını Yunis Səfrovun işinə qatıblar.

Zeynalov bunun haqsız olduğunu və ibtidai istintaq zamanı ifadələrinin dəyişdirildiyini deyib. O bildirib ki, Yunis Səfərovla heç bir əlaqəsi olmayıb.

Məhkəmə prosesi noyabrın 5-də davam etdiriləcək.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Elmar Vəliyevə və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd törətməkdə suçlanan Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Səfərov isə bu iddianı təkzib edir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada isə iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və başqa əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG