Accessibility links

Keçmiş korpus komandirinin məhkəməsi başlayır


Rövşən Əkbərov
Rövşən Əkbərov

Azərbaycan Ordusunun keçmiş korpus komandiri, general-leytenant Rövşən Əkbərov barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məlumatda deyilir ki, aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-də Kyiv şəhərində “Sikora” kafesində yeyib-içdikdən sonra həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ehtiyatda olan general-leytenant Rövşən Əkbərov 2021-ci il martın 16-da həbs olunub.

Əkbərov Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilir.

56 yaşlı Əkbərov 2002-ci ildən general-leytenantdır. O, 2011-ci ilin fevralında Ordu korpusunun komandiri təyin edilib. 2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

1994-cü ilin oktyabrında prezidentin sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.

XS
SM
MD
LG