Accessibility links

Keçmiş korpus komandirinin məhkəməsinin vaxtı məlum olub


Azərbaycan Ordusunun keçmiş korpus komandiri, general-leytenant Rövşən Əkbərov barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçiriləcək prosesin hazırlıq iclası iyulun 16-a təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-də Kyiv şəhərində “Sikora” kafesində yeyib-içdikdən sonra həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ehtiyatda olan general-leytenant Rövşən Əkbərov 2021-ci il martın 16-da həbs olunub.

Əkbərov Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilir.

56 yaşlı Əkbərov 2002-ci ildən general-leytenantdır. O, 2011-ci ilin fevralında Ordu korpusunun komandiri təyin edilib. 2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

1994-cü ilin oktyabrında prezidentin sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG