Accessibility links

Keçmiş müdafiə naziri Rəhim Qazıyev ev dustaqlığına buraxılıb


Sentyabrın 4-də Səbail rayon Məhkəməsində sabiq müdafiə naziri Rəhim Qazıyevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəkillərin verdiyi vəsatətə baxılıb.

Vəkil Zibeydə Sadıqovanın Amerikanın Səsinə verdiyi məlumata görə, məhkəmə vəsatəti təmin edib və keçmiş müdafiə naziri ev dustaqlığına buraxılıb.

Ev dustaqlığı qətimkan tədbirinin müddəti 13 noyabr 2020-ci il tarixinədək müəyyən edilib.

Rəhim Qazıyev iyulun 13-də Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumatda deyilir ki, 2020-ci il iyulun 12 və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb, Azərbaycanın müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.

İyulun 14-də Səbail Rayon Məhkəməsi Rəhim Qazıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilib, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. O, 2005-ci ildə prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa buraxılıb.

Rəhim Qazıyev hazırda iqtidara qarşı kəskin tənqidi mövqedən çıxışlar edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG