Accessibility links

Keçmiş müdafiə nazirinə hücumla bağlı cinayət işi qaldırılıb


Rəhim Qaziyev
Rəhim Qaziyev

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevin fiziki təzyiqə məruz qalması faktı ilə bağlı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Qazıyevə hücumda ehtimal olunan şübhəli şəxs müəyyən edilib.

Qazıyev bildirib ki, onu küt əşya ilə vurublar və o, hücum edən şəxsi görməyib.

Rəhim Qazıyevə iyunun 12-də Bakın Dövlət Universitetinin yaxınlığında hücum olub. O başından xəsarət alıb.

“Naməlum bir şəxs mənə hücum edərək baş nahiyyəmdən vurub qaçdı. Onun əlində bərk olan nə isə var idi. Baş nahiyyəm qanayıb,” o Amerikanın Səsinə bildirib.

Rəhim Qazıyev 17 mart 1992 - 20 fevral 1993-cü ildə Azərbaycanın müdafiə naziri olub. O sonradan həbs edilib.

Keçmiş nazir 21 noyabr 1993-cü ildə həbs edilib.

1994-cü il sentyabrın 21-dən 22-nə keçən gecə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçmağa nail olub.

12 may 1995-ci ildə Qazıyev üç maddə ilə (Külli miqdarda dövlət əmlakını talamaq, Vəzifə səhlənkarlığı və qanunsuz silah gəzdirmə) təqsirkar bilinərək Ali Məhkəmənin hökmü ilə qiyabi ölüm hökmünə məhkum edilib.

1996-cı il aprelin 13-dən 14 keçən gecə yenidən həbs edilərək həbsxanaya qaytarılıb.

Bu arada ölkədə ölüm hökmü ləğv edilib. 26 dekabr 2003-cü ildə məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilir.

2005-ci il martın 20-də prezident İlham Əliyev tərəfindən əfv edilib.

Hazırda Qazıyev iqtidara qarşı müxalif mövqedən çıxış edir.

XS
SM
MD
LG