Accessibility links

Keçmiş səfirin həbs müddəti dörd ay uzadılıb


Eldar Həsənov

Oktyabrın 23-də Bakının Nəsimi rayon Məhkəməsi Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov barəsində həbs qətimkan tədbirini 4 ay uzadıb.

Bu barədə Amerikanın Səsinə Nəsimi rayon Məhkəməsindən bildiriblər.

Həsənovun özü məhkəmədə iştirak etməyib.

Eldar Həsənov Azərbaycan Xarici İşlər Nazirliyinin vəzifəli şəxslərinə qarşı açılmış vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və büdcə vəsaitlərini mənimsəmə haqqında cinayət işi ilə əlaqədar bu il avqustun 13-də saxlanılıb.

Şəxsən Həsənova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1-ci (dövlət büdcəsi vəsaitlərindən məqsədinə uyğun olmayan istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Vəkil Adil İsmayılov bildirib ki, Eldar Həsənov ittihamları qəbul etmir, həbsini qərəzli, əsassız hesab edir.

İttihamlar sübut olunarsa Həsənov 7 ilədək azadlıqdan məhrum edilə bilər.

XS
SM
MD
LG