Accessibility links

Keçmiş siyasi mühacir: Nə məqsədlə dindirildiyim mənə aydın deyil


Yeganə Əmiraslanova
Yeganə Əmiraslanova

Keçmiş siyasi mühacir, hazırda Azərbaycan və Almaniya vətəndaşı olan Yeganə Əmiraslanova iyulun 29-dan 30-na keçən gecə Bakıya gələrkən aeroportda saxlanılıb.

Əmiraslanova 2010-2013-cü illərdə fəaliyyətdə olan müxalif siyasi qüvvələrin birliyi kimi tanınan İctimai Palatanın üzvü olub. Vaxtı ilə mitinqlərdə hökumətin fəaliyyətini tənqid edib. Sonra Almaniyaya mühacirətə gedib.

Əmiraslanova Amerikanın Səsinə müsahibəsində bildirib ki, onu sərhəd nəzarətində saxlayıblar və ayrı otağa apararaq heç bir açıqlama vermədən uzun müddət orada saxlayıblar. Sonra Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi gəlib Əmiraslanovanı prokurorluğa aparıb və orada bir saata yaxın dindirib. Sonra onu buraxıblar, növbəti gün dindirməyə gəlməsi üçün iltizam alıblar.

please wait

No media source currently available

0:00 0:08:11 0:00

Şənbə günü Əmiraslanova vəkillə gəlib və onu Avropada sığınacaq almaq üçün saxta sənədlərin verilməsi işi üzrə şahid qismində dindiriblər.

O bildirib ki, həmçinin prokurorluqda onu qardaşına qarşı iş üzrə və saxta sənədlərin verilməsi işi üzrə sorğu-sual ediblər.

"Mənim qardaşımı uydurma ittiham - Almaniyadan bir elektron məktub əsasında cəlb ediblər. İş üzrə heç bir sübut olmadığından onu bağladılar, qardaşımı isə buraxıblar. Amma, biz bəraət almağa nail olmaq istəyirik və indi Ali Məhkəmə vəkilin şikayətilə işi Apellyasiya Məhkəməsinə qaytarıb," Əmiraslanova deyib.

O qeyd edib ki, istintaq sirri ilə əlaqədar dindirmənin təfərrüatlarını açıqlaya bilmir. Lakin onda belə təəssürat yaranıb ki, istintaq ümumilikdə onun Almaniyadakı fəaliyyəti və çıxışları ilə maraqlanır.

"Mən etdiyim hər şey şəffafdır. Bura mənim vətənimdir və mənim buraya gəlməyə haqqım var. Bilirdim, məni nə gözləyə bilər, ancaq yenə də gəldim, hətta məni həbs etsələr belə," Əmiraslanova deyib.

"Bu gün, yəqin ki, saxlanılmamın səbəblərilə bağlı çox şey aydınlaşacaq," o bildirib.

Əmiraslanova qeyd edib ki, prokurorluq onun pasportunu götürüb və ölkədən çıxışmaması üçün iltizam alıb.

"Mən istənilən sürprizə hazıram," Əmiraslanova qeyd edib.

Bu gün, avqustun 3-də Yeganə Əmiraslanova prokuroluğa gələrkən deyiblər ki, növbəti dəfə istintaqa özləri dəvət edəcək. Bu səbəbdən bu gün dindirilmə olmayıb.

Öz növbəsində prokurorluq hələ bununla bağlı açıqlama yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG