İnternetdə yeni bir "çağırış" - #10YearChallenge populyarlıq qazanıb. Sosial şəbəkələrin istifadəçiləri, siyasətçilər və media şəxsiyyətləri 2019-cu ildə və on il əvvəl olan şəkillərini paylaşır.
Nastoyaşeye Vremya keçmiş SSRİ respublikalarının hazırkı başçılarının 10 il ərzində necə dəyişdiyini müqayisə etmək qərarına gəlib.
Azərbaycan
Son 16 il - 2003-cü ildən - Azərbaycanı İlham Əliyev idarə edir. O, 1993-cü ildən ölkəni idarə edən atası Heydər Əliyevin ölümünün rəsmi elan olunmasından bir qədər əvvəl prezident olub. Rəsmi məlumatlara görə, 2018-ci ilin aprelində keçirilən son prezident seçkilərində İlham Əliyev 84% səslə qalib gəlib.
Həmçinin 2016-cı ildə ölkədə Konstitusiyaya düzəliş etmək üçün Azərbaycanda referendum keçirilib və prezidentin hakimiyyətdə qalma müddəti beş ildən yeddi ilədək artırılıb. Buna görə də İlham Əliyev ən azı 2025-ci ilədək hakimiyyətdə qalacaq.
Ermənistan
2015-ci il referendumundan sonra Ermənistan rəsmi olaraq prezident respublikasından parlament respublikası oldu. Yəni, baş nazir parlamentlə birgə ölkədəki səlahiyyətlərin böyük hissəsini öz üzərinə götürür. Prezident daha çox formal funksiya daşıyır.
İndi ölkəyə hakim partiyaya müxalifətin lideri və keçmiş siyasi fəal Nikola Paşinyan rəhbərlik edir. O, 2018-ci ilin yazında Ermənistanda etiraz hərəkatının liderlərindən biri olub. Nümayişlərə səbəb Serj Sarkisyanın və onun partiyasının idarəçiliyindən narazılıq və iki dəfə prezident olan Sarkisyanın hakimiyyətdə üçüncü müddətdə baş nazir kimi qalmaq istəməsi olub. Etirazlar daha sonra "məxmər inqilabı" adlandırılıb..
2000-ci illərin əvvəllərində Paşinyan jurnalist olaraq fəaliyyət göstərib. 2008-ci ildən prezident seçkilərində baş verən pozuntulardan sonra kütləvi iğtişaşlarda iştrak etdiyi üçün axtarışda olub. 2009-cu ildə Paşinyan hakimiyyətə təslim olub və kütləvi iğtişaşlar təşkil etmək günahlandırılaraq 7 il həbs cəzasına məhkum edilib.
Belarus
Aleksandr Lukaşenko hakimiyyətdə ən uzun müddət olan siyasətçilərdən biridir. Əvvəllər anti-korrupsiya komissiyasının rəhbəri olan Lukaşenko 1994-cü ildə prezident vəzifəsi təyin olunduqdan dərhal sonra vəzifə başına keçib.
O, 2004-cü ildə ardıcıl iki dönəm hakimiyyətdə qaldıqdan sonra onun prezidentliyə namizədliyini qeyri-məhdud sayda irəli sürməsinə imkan verən referendum keçirib. Bundan sonra Lukaşenko 2006, 2010 və 2015-ci il seçkilərində ən azı 79% rəsmi nəticələrlə qələbə qazanıb.
Beynəlxalq müşahidəçilər və hüquq müdafiə təşkilatları dəfələrlə Belarus hakimiyyətini səsverməni saxtalaşdırmaqda və insan haqlarını pozmaqda günahlandırıb.
Gürcüstan
Salome Zurabişvili 2018-ci ilin sonunda Gürcüstan prezidenti seçilib. Formal olaraq o, müstəqil namizəd kimi seçkilərə qatılıb. Lakin o, 2015-ci ilin parlament seçkilərində olduğu kimi, bu dəfə də, hakim partiya və Rusiyaya dost münasibət bəsləyən "Gürcastan arzusu" tərəfindən dəstəklənib. Partiyanın lideri oliqarx Bidzina İvanişvilidir.
Tbilisidə seçki nəticələrinin elan edildikdən dərhal sonra, Zurabişviliyə qarşı bir sıra etiraz aksiyaları keçirilib. Prezident özü Rusiya ilə əməkdaşlıq üçün heç bir imkan görmədiyini və Qərblə yaxınlaşmaq siyasətini davam etdirəcəyini iddia edir.
Qazaxıstan
Qazaxıstanın prezidenti Nursultan Nazarbayev postsovet məkanında ən uzun müddət - 29 il - hakimiyyətdə olmuş prezidentdir. 1990-cı ildən 1991-ci ilin sonlarına qədər Qazaxıstan SSR-inin prezidenti, sonra isə Qazaxıstan Respublikasının prezidenti seçilib.
Nazarbayevin beş illik vəzifə səlahiyyətləri 1996-cı ilin dekabrında sona çatırdı. 1995-ci ilin aprelində seçkilər əvəzinə keçirilən referendumda onun prezidentlik dövrü daha beş il müddətinə, 2000-ci ilin dekabrına qədər uzadılıb. Bundan sonra Nazarbayev təkrarən dəfələrlə prezident seçilib. 2010-cu ildən ölkə Konstitusiyasında edilən dəyişiklik ona "Qazaxıstanın birinci prezidenti - xalqın lideri" statusunu təmin edib. Nazarbayevin hazırda 78 yaşı var.
Qırğızıstan
Soronboy Jeenbekov 2017-ci ildə Qırğızıstanın başçısı olub. O əvvəllər sabiq prezident Almazbek Atambayevin müttəfiqi hesab edilirdi. Lakin Jeenbekov vəzifəyə gəldikdən sonra "Atambayev komandası"nın tərkibində olan yüksək vəzifəli məmurlara qarşı bir sıra araşdırmalar başlayıb - onlar korrupsiyada şübhəli bilinirlər.
2016-cı ildən başlayaraq Jeenbekov baş nazir, 2010-cu ildən isə Oş vilayətinin qubernatoru olub. O zamana qədə, indiki prezident özəl bizneslə məşğul olub.
Rusiya
2018-ci ildə Vladimir Putinin Rusiyanın prezidenti vəzifəsində dördüncü müddəti başlayıb. Onun vəzifə müddəti 2024-cü ilədək başa çatır. İlk iki prezidentlik dövründən sonra 2000-2008-ci illərdə - bu vəzifəni hazırda baş nazir olan Dmitri Medvedev icra edib. Onun prezidentlik dövründə Medvedev Konstitusiyaya prezidentlik müddətinin dörd ildən altı ilədək artırıldığı düzəlişlər edib.
Putin 2012-ci ildə üçüncü dəfə Rusiyanın başçısı olub. O, Konstitusiyanın eyni şəxsin iki dəfə ardıcıl müddətdə vəzifədə qalmağını qadağan etdiyini söyləyərək öz namizədliyini açıqlayıb. 2018-ci ildə Putinin növbəti seçki zəfərindən bir neçə ay sonra, Çeçenistan parlamenti Dövlət Dumasına edilən konstitusiya dəyişiklikləri haqqında qanun layihəsini təqdim edib. Bu layihəyə əsasən prezidentin səlahiyyətlərinin üç ardıcıl müddətə uzadılmasına imkan verəcək.
Putin 2009-cu ildə Rusiyanın baş naziri olub.
Tacikistan
Emomali Rahmon Tacikistanın dəyişməz prezidentidir. O, 1994-cü ildən bu vəzifədədir. 2016-cı ildə millət vəkilləri yekdilliklə Rahmona "Sülh və Milli Birlik qurucusu - millətin lideri" rəsmi statusunu təmin edən bir qanun qəbul ediblər. Bu qanuna əsasən ona ömürlük toxunulmazlıq, xalqa müraciət etmək və mühüm dövlət hadisələrində iştirak etmək hüququ təmin edilir. Eyni zamanda, prezidenti təhqir etməyə görə beş ilədək müddətə azadlıqdan məhrumetmə və ya cərimə şəklində cəza tətbiq edilib.
Rəsmi məlumatlara görə, 2016-cı ilin may ayında keçirilən ümummilli referendumda Tacikistan vətəndaşlarının əksəriyyəti Rəhmonun ömürlük vəzifədə qalmasına, böyük oğlunun isə 2020-ci il seçkilərində bu vəzifəyə namizədliyini irəli sürməsinə tərəfdar olduğunu bildirib.
Türkmənistan
Qurbanqulu Berdiməhəmmədov 2007-ci ildə Saparmurat Niyazovun ölümündən sonra prezident seçilib. Saparmurat Niyazov ölkəyə 21 il başçılıq edib, 90-cı illərdə onu Türkmənbaşı adlandırıblar. Berdiməhəmmədov uzun müddət Niyazovun həkimi olub. Berdiməhəmmədovun təxəllüsü arkadaq olub. O, 2012 -2017 - cil il prezident seçkilərində rəsmi məlumatlara görə 97,14% və 97,69% səs toplayıb. 2016-cı il sentyabrında keçirilmiş referendumda dövlət başçısının prezidentlik müddəti 5 ildən 7 ilədək uzadılıb.
Özbəkistan
Şavkat Mirziyiyev 2016-cı ildə Özbəkistanın prezidenti seçilib. O, ölkəni 1994-cü ildən idarə edən həmkarı İslam Kərimovum ölümündən sonra hakimiyyətə gəlib. Prezident seçilənədək o, 2003-cü ildən Özbəkistanın baş naziri olub. Ölkədə hələ də senzura və insanların siyasi baxışlarına görə təqib olunmasına baxmayaraq və bəzi ekspertlərin Mirziyiyevin hakimiyyətə gəlməsi ilə ölkədə vəziyyətin daha da sərtləşə biləcəyini bildirməsinə baxmayaraq, bu gün hüquq müdafiə təşkilatları siyasi mülayimləşməni müşahidə etdiklərini bildirirlər.
İslam Kərimovun ölümündən sonra hazırkı prezident ölkə siyasətində bir sıra dəyişikliklər edib. O, Qazaxıstan, Qırğızıstan və Tacikistanla əlaqələri yaxşılaşdırmağa başlayıb. Bir sıra siyasi məhbuslar azadlığa buraxılıb, xarici hüquq müdafiə təşkilatları Özbəkistana qayıtmağa başlayıb və 50-dən çox ölkənin vətəndaşının turist vizası alması asanlaşdırılıb.
Ukrayna
2014-cü ildə hökumət əleyhinə bir sıra etirazlardan sonra Petr Poroşenko Ukrayna prezidenti seçilib. Ukrayna Avropa İttifaqı və NATO ilə inteqrasiya kursu yürütməyə başlayıb. 2014-cü ildə Rusiyanın Krım yarımadasını ilhaq etməsi və Donbasda hərbi əməliyyatlara başlamasından sonra o, Rusiya ilə əlaqələri kəsməyə başlayıb. 2009-cu ildə xarici işlər naziri seçilməzdən bir neçə ay əvvəl o, Ukrayna Milli Bankına başçılıq edib.