Accessibility links

İngiltərəli gözəl aktrisa Keira Naytli yaşlanmasını səbirsizliklə gözləyir


Çox nadir hallarda qadının yaşlanmaq istədiyini deməsini eşitmək olar. Ələlxüsus da görünüşü və cavanlığının karyerasına uğur gətirdiyi şəxsdən.

İngiltərə aktrisası Keira Naytli yaşlanmasını səbirsizliklə gözləyir. Gənc Hollivud ulduzunun bu yaxınlarda 30 yaşı tamam olur.

Glamour jurnalına müsahibəsində britaniyalı gözəl bunları deyib “30 yaşım olmasından narahat deyiləm. Çün ki, 20 yaşlarımda mənim həyatım maraqlı deyildi və yalnız 25 yaşımdan sonra işlər yoluna düşməyə başladı.”

Amma “Karib Dənizinin Piratları” filiminin ulduzu üçün yaşlanmaq yetkinliyə çatmağa bərabər deyil.

“Mən 20, 21 yaşımda artıq yetkinliyin zirvəsinə çatmışdım. O zamandan bəri mən geri dönməyə, yəni yenidən cavanlaşmağa başlamışam.”

Zarafatçıl Raytonla evlilik isə onun gənc davranışına əlbəttə ki, təsir etmədi. Hər halda yaş sadəcə rəqəmdir.

XS
SM
MD
LG