Accessibility links

Con Kelli daxili təhlükəsizlik naziri vəzifəsinə nominasiya edilib


ABŞ-ın növbəti prezidenti Donald Tramp təqaüddə olan dəniz donanması genaralı Con Kellini Daxili Təhlükəsizlik Nazirliyinə rəhbər vəzifəsinə nominasiya edib.

Rəsmilərin bildirdiyinə görə, Kelli bu vəzifəyə Meksika ilə ortaq sərhədlərlə bağlı səriştəliyi və qeyri-qanuni narkotiklər, terrorizm və Cənubi Amerikadan olan bütün təhlükələrlə mübarizə istəyinə görə seçilib.

Kellinin oğlu leytenant Robert Kelli 2010-cu ildə Əfqanıstanda mina partlayışı nəticəsində həyatını itirib.

Kelli ABŞ tarixində övlədını İraq və ya Əfqanıstanda itirən ən yüksək rütbəli şəxsdir.

Senatın təsdiqini əldə edəcəyi gözlənilən Kelli Tramp administrasiyasında vəzifə alan sabiq ordu nümayəndələrinin sonuncusudur.

Ondan əvvəl təqaüddə olan general Maykl Flinn milli təhlükəsizlik məsələri üzrə müşavir və general Ceyms Mattis müdafiə naziri vəzifələrinə nominasiya edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG