Accessibility links

Kənan Rövşənoğlu: Hakimiyyətin içində hansısa qruplar şeyxi sıxmağa çalışırlar [Audio-Müsahibə]


Amerıkanın Səsi: Kənan bəy, necə düşünürsünüz bu son baş verənlər, yəni Şeyxülislamın Çexiyada biznesinin olması haqqında məlumatların yayılması, bundan sonra onun qudası Hacı Qalibin Şeyxin oğlunun xaricə köçməsini elan etməsi, bununla bağlı Qafqaz müsəlmanları idarəsinin təkzib bəyənatı, daha sonra Hacı Qalibin oğlunun həbsi Şeyxə qarşı hər hansı təzyiqlərin olması ilə əlaqədardırmı?

Bir də belə bir maraqlı şey oldu ki, Qafqaz Müsəlmanlar İdarəsinin məhərrəm ayının gəlməsi ilə bağlı keçirdiyi toplantıda Şeyxulislam ilk dəfə olaraq dövlətin məscidlərə müdaxiləsinə açıq şəkildə münasibət bildirdi və qınadı ki, dövlət məscidlərin işinə qarışmamalıdır.

Kənan Rövşənoğlu: Ümumiyyətlə son iki həftədə şeyxlə bağlı həddən artıq informasiyalar yayıldı. Yəni, əvvəlcə Praqadakı mülkləri ilə bağlı məlumatlar internetə yol tapdı, sonra media onu geniş işıqlandırdı. Ardınca Şeyxulislamın oğlunun onun varisi olacağı haqqında açıqlamalar oldu. O da qudası tərəfindən deyildi ki, Şeyxulislamdan sonra oğlu onun varisidir. Ardınca sizin qeyd etdiyiniz məsələ. Bir də belə bir maraqlı şey oldu ki, Qafqaz Müsəlmanlar İdarəsinin məhərrəm ayının gəlməsi ilə bağlı keçirdiyi toplantıda Şeyxulislam ilk dəfə olaraq dövlətin məscidlərə müdaxiləsinə, belə deyək, açıq şəkildə münasibət bildirdi və qınadı ki, dövlət məscidlərin işinə qarışmamalıdır, dindarların necə ibadət etməsi onların öz işidir. Yəni cinayət olmadığı, terror olmadığı halda dövlətin müdaxiləsi olmamalıdır. Belə bir açıqlaması da oldu və sonra da o, sizin qeyd etdiyiniz hadisələr baş verdi.

Ümumiyyətlə biz təxminən son üç ildə şeyxə qarşı müəyyən bir sıxılma olduğunu görürük. Təzyiq deyərdim, bəlkə də təzyiq deməzdim. Şeyxin, qurumun bəzi səlahiyyətləri əlindən alındı, çünki Azərbaycan dünyəvi dövlətdir və biz müşahidə edirik ki, dövlət tədricən artıq dini fəaliyyətləri, dini maarifçilik kimi fəaliyyətləri artıq Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə deyil, dövlət özü birbaşa həyata keçirir. Bu da, belə deyək, şeyxin sahəsinə müdaxilə idi. Ondan sonra təzə məscid açıldı və onun idarəçiliyi şeyxin idarəsinə verilmədi, birbaşa Bakı Şəhər İcra Hakimiyyətinə verildi, ehsan qadağası qoyuldu və şeyxin qardaşı buna açıq şəkiləd etiraz bildirdi. Yəni, belə bir tendensiya var idi, amma son qeyd etdiyiniz məsələlərin birbaşa şeyxə qarşı sistemli bir təqzyiq olduğunu demək indi çətindir. Amma bir şey aydındır ki, şeyx bu məsələdən narahatdır, yəni hiss olunur ki, narahatdır və qəzəblidir.

Allahşükür Paşazadə və İlham Əliyev
Allahşükür Paşazadə və İlham Əliyev

Amerıkanın Səsi: Ümumiyyətlə Şeyxülislam hakimiyyətə həmişə sədaqəti ilə seçilmiş adamdır. Onun hakimiyyətlə hansısa problemləri ola bilərmi?

Kənan Rövşənoğlu: Zənn etmirəm. Yəni Şeyxulislam təcrübəli adamdır, ümumiyyətlə Sovet dövründən götürsək altı dövlət başçısı ilə çalışıb, beynəlxalq aləmdə də tanınır, hazırkı hakimiyyət ilə də çox iç-içədir və çox yaxındır. İnanmıram ki, dövlət səviyyəsində, ən üst səviyyədə şeyxə qarşı gözdənsalma var. Amma hiss olunan odur ki, hakimiyyətin içində hansısa qruplar şeyxi sıxmağa çalışırlar, şeyxlə rəqabətdədirlər. Yəni şexin sahəsinə dövlət qurumlarının müdaxiləsi, sonra zaman-zaman onun və yaxınlarının biznes fəaliyyətləri ilə bağlı məlumatların çıxması onu göstərir ki, bizim müşahidələrimiz onu göstərir ki, bəzi məsələlər var ki, şeyxə qarşı hakimiyyət içərisində sanki təzyiq və ya sıxılma var. O tendensiya var, hiss olunur, amma ən üst səviyyədə deyil. Şeyxulsilam təcrübəli adamdır. Adətən bu cür təzyiqlər olanda o, dövlətin birinci şəxsi ilə görüşür, özünə qarşı təzyiqləri neytrallaşdırır. Hər dəfə biz bunu müşahidə edirik, çünki onun birbaşa dövlət başçısına çıxış imkanları var və onun ən yüksək səviyyədə hörməti var, qəbul olunur. Bu cür tendensiyalarda adətən o, son addım olaraq dövlət başçısı ilə görüşür, və ya hər hansısa bir təmas olunur. Ondan sonra isə ona qarşı şey dayanır.

Amerıkanın Səsi: Bir müddət əvvəl Hacı Qalib şeyxin varisinin elə şeyxin öz oğlunun olacağı anonsunu vermişdi. Bu mümkündürmü, Şeyxin belə bir istəyi olarmı, oğlu din xadimidirmi?

Şeyxulsilam təcrübəli adamdır. Adətən bu cür təzyiqlər olanda o, dövlətin birinci şəxsi ilə görüşür, özünə qarşı təzyiqləri neytrallaşdırır.

Kənan Rövşənoğlu: Yox, onun oğlu ümumiyyətlə din xadimi deyil. Şeyxin bizim bildiyimi kimi, bir oğul övladı var. O da, tanınmış türkiyəli iş adamı Əli Evsenin kürəkənidir. O, ümumiyyəltə dini sferada, dini camiada heç zaman görünməyib, dini təhsilinin olduğu haqda da bir bilgi yoxdur. Şeyxin oğlunun onun yerinə gəlməsi də inandırıcı deyil. Mən düşünürəm ki, əksinə bu xəbərin dövrəyə buraxılması ailəyə yaxın bir şəxs tərəfindən qəsdən edilib. Amma bu məlumatın mediaya buraxılması şeyxə əksinə zərbə oldu, ziyan oldu, ümumiyyətlə onu hədəfə çevirdi, diqqət mərkəzinə gətirdi. Ondan sonra da oğlunun İstanbula köçməsi barədə yenə eyni adamın açıqlaması oldu. Yenə bu, belə deyək, şeyxə zərbə oldu.

Amma prosedur olaraq, biz Qafqaz Müsəlmanları İdarəsinin ənənəsinə də baxanda o, biz az çətindir. Üstəlikdə ki, indi hakimiyyətin ona imkan verməsi çox inandırıcı görünmür. Ümumiyyətlə düşünürəm ki, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətləri daha da məhdudlaşdırılacaq dövlət tərəfindən. Dövlət o səlahiyyətləri alacaq, çünki xüsusən də, son üç ildə Azərbaycandan radikal qrupların Suriya və İraq getməsi tendensiyası açıq şəkildə olandan sonra dövlət sankin şeyxin dini sferaya tam nəzarət etmədiyini hiss etməyə başladı və özü dini sahəyə əl qoymağa başladı. Dövlət özü yüksək səviyyədə, dövlət qurumları vasitəsilə, həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həm prezidentin multi-kulturalizm ilə dini işlər üzrə müşavirlik deyə bir qurum yaradıldı. O qurum xətti ilə dini fəaliyyətlər, dini maarifçilik istiqamətində işlər görüldü. Yəni bir növ, Qafqaz Müəslmanları İdarəsinin başı üzərindən, birbaşa dövlət özü onu etməyə başladı. Yəni şeyxin meydanda o qədər də güclü olmadığı, dini camiaya tam nəzarət etmədiyi bir mühit yarandı, dövlət onu öz üzərinə almağa başladı.

XS
SM
MD
LG