Accessibility links

USAİD: Azərbaycan dünyada dördüncü böyük fındıq istehsalçısıdır


Fındıq
Fındıq

Azərbaycan dünyada dördüncü ən böyük fındıq istehsalçısıdır. Bu barədə USAİD/Azerbaijan (ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyası) facebook səhifəsində məlumat yayıb.

“Biz fəxr edirik ki, Azərbaycanın fındıq ixracatının Avropaya və Birləşmiş Ərəb Əmirliklərinə artmasına kömək etmişik. Bununla da Azərbaycanda istehsal olunan (Made in Azerbaijan) fındıqları dünyada daha çox insan dada bilir”,USAİD/Azerbaijan qeyd edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə ölkədə 34270,7 ton fındıq istehsal edilib. 2017-ci ildə fındıq ixracından ölkə 105 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Ümumilikdə, 25-ə yaxın ölkəyə fındıq ixrac edilib. Əsa ixrac ölkələri Rusiya, Almaniya və İtaliya olub.

2018-ci ilin 31 mayınadək isə ümumilikdə 110 milyon dollar həcmində qabığı təmizlənmiş fındıq ixrac olunub.

1991-ci ildən USAID Azərbaycanda humanitar yardım və səhiyyə sektoruna, habelə iqtisadi və demokratik islahatlara 377 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.

XS
SM
MD
LG