Accessibility links

Keniyada film festivalı


Keniyada film festivalı
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Bu ay Keniyada keçirilən kino-festivalda əsas yer böyük ekranlarda tez-tez nümayiş etdirilməyən mövzu, qaçqın mövzusuna verilmişdi. Bu, əsasən qaçqınların özləri tərəfindən çəkilən qısametrajlı filmlərin nümayış etdirildiyi festival qeyri-hökumət təşkilatı olan “Film Aid” Amnesty International-la əməkdaşlıqla təşkil edib.

Bu festivalda nümayiş etdirilən filmlərdən biri Abdirisak Cama Şirinin Keniyanın şimal-qərbində yerləşən Dadaab qaçqın düşərgəsinin reallıqları barədəki 5 dəqiqəlik sənədli filmdir.

Somali sərhədi yaxınlığında yerləşən dünyanın ən böyük düşərgəsində 500 minə qədər qaçqın yaşayır. Bu sənədli filmdə Dadaabı müvəqqəti sığınacaq kimi deyil, özünün sosial-iqtisadi dinamikası olan virtiual bir şəhər kimi görünür.

Festivalda nümayiş etdirilən digər film Mark Mainanın “Neofobia” filmidir ki, burada köhnə ənənələrə riayət edən bir qadından danışılır.

“Başqa Dadaab” filminin nümayişində o da iştirak edib. “Mən “Film Aid”ə bizim həyatımızı yaxından izlədiyinə görə çox minnətdaram. Düşərgələri, oradakı həyatı, insanların əzabını göstərməyə çalışır” deyə, Mark Maina bildirir.

Filmlərdə və mediada bəhs edilən sosial məsələləri işıqlandıran “FilmAid” beynəlxalq qeyri-hökumət təşkilatıdır. Hər il Keniyada film festivalı keçirən bu təşkilatın məqsədi qaçqınlar və digər marginallaşdırılmış xalqları ruhlandırmaq və onlar barədə məlumat yaymaqdır. Bu il isə bu festivalda Dadaab və Kakuma qaçqın düşərgələri yer aldı.

Stella Şuq “Film Aid”in ölkə üzrə direktorudur. “Bizim hədəflərimiz çoxdur. Onlardan biri qaçqınların üzünü göstərməkdir. Çoxlarının yalnız onların sayından xəbəri var, lakin onların üzlərini görmək, onların kimlər olduqlarını bilmək gərəkdir. İkincisi, biz qaçqınları öz ölkələrinə qəbul edən və onları uzun müddətdir saxlayan keniyalılarla dialoq qurmaq istəyirik.”

Vamboi Mumbi İMAX Cinema-nın Nairobidə etdiyi çəkilişlərdə iştirak edib. “Mənbə burada nə dərs oldu? Qaçqınları təcrid etməməli, onlara fəqrli kimi baxmamalıyıq. Sonunda biz hamımız insanıq.”

Qaçqın düşərgələrində və Nayrobidə edilən çəkilişlərdən sonra qaçqınların hekayələri və onların anlaşılmasına dair panel müzakirələri təşkil edilir.

XS
SM
MD
LG