Accessibility links

Con Kerri Afrika ölkələrinə səfər edir


ABŞ-ın Dövlət katibi Con Kerri Şərqi Afrika ölkələrinin xarici işlər nazirləri ilə Cənubi Sudanda vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması yollarını müzakirə etmək üçün Keniya paytaxtına səfər edib.

Kerri səfərinin ilk günü Keniya prezidenti Uhuru Kenatta ilə danışıqlar aparıb. Bundan sonra o, dünyanın yeni ölkəsində sülhün qorunub-saxlanılmasını təmin etmək yollarını müzakirə etmək üçün digər ölkələrin xarici işlər nazirləri ilə görüşüb.

Cənubi Sudan 2011-ci ildə Sudandan müstəqilliyini elan etdikdən sonra münaqişələrlə üzləşir. Sudanla vətəndaş müharibəsi, zorakılıqlar və ərazi mübahisələri neftlə zəngin ölkənin inkişaf etməsinin qarşısını alır.

Kerri və Afrika ölkələrinin xarici işlər nazirləri sabitliyin əldə edilməsi ümidi ilə qarşıdan gələn parlament və prezident seçkilərini gözləyən Somalidə vəziyyəti müzakirə edir.

Bu həftənin sonu isə Con Kerri 2009-cu ildən Boko Haram terrorçu qrupunun 20 mindən çox insanı qətlə yetirdiyi Nigeriyaya və Yəməndə Huti üsyançılarına qarşı ərəb ölkələrinin koalisiyasına başçılıq edən Səudiyyə Ərəbistanına səfər edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG