Accessibility links

Əl-Şəbab Keniyada avtobusa hücum edərək 3 nəfəri qətlə yetirib


Avtobus şirkətinin sahibi Keniyanın şimal-şərqində bir avtobusun stansiyadan aralandıqdan sonra Somali ekstremistlərinin olduğundan şübhələnilən silahlılar tərəfindən 3 nəfərin öldürüldüyünü bildirib.

Hacı Abbas deyib ki, onun `Mayole Raha` şirkətinə məxsus avtobusa hücum Mayoledən paytaxr Nairobiyə gedərkən, Efiopiya ilə səhəddəki Mandera mahalında olub.

Abbas polis formasındakı Əl-Şabab döyüşçülərinin avtobusu dayandırmaq istədiklərini, lakin marşrutu bilən sərnişinlər həmin ərazidə heç bir polisin olmadığını deməsindən sonra sürücünün yoluna davam etdiyini deyib.

Avtobusun dayanmadığını görən silahlılar avtobusu atəşə tutub. Sürücü yaralandıqdan, ön və arxa təkərlər partladıqdan sonra avtobus idarəni itirərək xəndəyə düşüb.

Abbasın dediyinə görə, daha sonra silahlılar adətən etdikləri kimi sərnişinləri avtobusdan düşürüb, əvvəlcə müsəlman olmayan iki nəfəri, sonra isə bir müsəlmanı öldürüb.

Əl-Qaidə ilə əlaqəli əl-Şəbab Keniyanın əsgərlərinin qonşu Somalidə olmasına görə qisas alacağını vəd edib. Onun döyüşçüləri Keniya ekstremistlərlə mübarizə üçün 2011-ci ildə qoşun yeritdikdən bəri Keniya torpağında çoxsaylı hücumlar həyata keçiriblər.

XS
SM
MD
LG