Accessibility links

Keniyada Dünya Çempionatına baxanlar öldürüldü


Somalinin Əl-Şəbab yaraqlı qrupu Keniya şəhərlərindən birində 48 nəfərin həyatına son qoyan hücumun məsuliyyətini öz üzərinə götürüb.

Şəbab tərəfdarı veb səhifədə yerləşdirilən bəyanatda deyilir ki, silahlılar sahil Mpeketoni şəhərində mehmanxanalara, polis məntəqələrinə, banklara və başqa ictimai obyektlərə hücum edib. Öldürülənlərin bəziləri futbol üzrə Dünya Çempionatına baxmaq üçün bir yerə toplaşıblarmış.

Əl-Qaidəyə bağlı islamçı qrup Keniyada çox saylı hücumlara görə məsuliyyət daşıyır. Keçən ilin sentyabrında Nayrobidə ticarət mərkəzində həyata keçirilən hücum zamanı 60-dan çox insan öldürülmüşdü.
XS
SM
MD
LG