Accessibility links

Barak Obama Karolina Kennedini ABŞ-ın Yaponiyadakı səfiri vəzifəsinə nominasiya edib


ABŞ prerzidenti Barak Obama mərhum prezident Con F. Kennedinin qızı Karolina Kennedini ABŞ-ın Yaponiyadakı səfiri vəzifəsinə nominasiya edib.

Prezident xanım Kennedini gözəl ictimai xadim adlandıraraq, təcrübəsinin onun yeni vəzifəsində yardımçısı olacağını deyib.

Yaponiyanın nazirlər kabinetinin rəhbəri təyinatı alqışlayıb. Kennedinin Obama ilə yaxın əlaqələrindən danışan Yoşihide Suqa deyib ki, bu addım Ağ Evin Yaponiya-ABŞ əlaqələrinə yükdək qiymət verdiyinə işarədir.

Karolina Kennedi Harvard Universiteti və Kolumbiya Hüquqşünaslıq məktəbinin məzunu və əsərləri ən çox satılan yazıçıdır.

O, heç vaxt hökumətdə çalışmayıb, Yaponiya ilə bağlı heç bir təcrübəyə malik olmayıb.

55 yaşlı Kennedi Yaponiyanın Çinlə adalarla bağlı və Yaponiyanın Trans-sakit tərəfdarlıq razılığına qoşulması kimi mübahisələrlə üzləşəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG