Accessibility links

Kenoşada 2-ci gün: polislə etirazçılar arasında toqquşma davam edir


Viskonsin ştatının Kenoşa şəhərində nümayişçilər bazar günü polis tərəfindən qaradərili şəxsin güllələnməsinə etiraz etmək üçün ardıcıl olaraq ikinci gecədir küçələrə axışıb. Polis etirazları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Gün batandan çıxana kimi komendant saatının tətbiq olunmasına baxmayaraq, etirazçılar bazar günü gecə saatlarında Ceykob Bleykin polis tərəfindən vurulduğu görüntülənən yerdən bir neçə küçə aralıda yerləşən mahalın məhkəmə binasının qarşısındakı xüsusi-geyimli hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma yaşayıblar. Polis bazar ertəsi axşam saat 8.00-da komendant saatı qüvvəyə minəndən qısa müddət sonra etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Viskonsin qubernatoru Toni Evers sakitliyi qorumağa kömək etmək üçün Milli Qvardiyanı çağırıb.

İnternetdə yayımlanan videoda Bleykin öz avtomobilinə tərəf getdiyi və iki polisin hazır vəziyyətdəki silahlarla onu təqib etdiyi görünür. Avtomobilə sürücü tərəfdən yaxınlaşan Bleyk arxadan vurulub. Videoda ən azı yeddi güllə səsi eşidilir. Ailənin vəkili həmin vaxt Bleykin uşaqlarının maşının içində olduğunu deyib.

Bleyk güllə yaralarından sonra sağ qalıb və bazar günü əməliyyat keçirildikdən sonra onun vəziyyəti stabildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken Avropa müttəfiqləri ilə danışıqlar üçün Almaniyadadır
please wait

No media source currently available

0:00 0:14:30 0:00
XS
SM
MD
LG