Accessibility links

Kentukki məktəbində atışma


ABŞ-ın Kentukki ştatında məktəbdə atışma nəticəsində iki nəfər həyatını itirib, 12 nəfər yaralanıb.

Ştatın qubernatoru Matt Bevinin bildirdiyinə görə, atəş açmaqda şübhəli bilinən 15 yaşlı oğlan saxlanılıb. Onun qətl və qətlə cəhd ittihamları ilə qarşılaşacağı bidirilir.

Atışma zamanı 15 yaşlı bir qız hadisə yerində, 15 yaşlı oğlan isə xəstəxanada dünyasını dəyişib. Bevin hadisə qurbanlarının hamısının məktəbli olduğuna inanıldığını bildirib.

Atışma ştatın qərbindəki Benton şəhərinin Marşal məktəbində baş verib.

Ştat və yerli hüquq-mühafizə orqanları ilə yanaşı, təhqiqata federal rəsmilər də qoşulub.

Yuxarı sinif şagirdlərinin təhsil aldığı məktəbin 1100 şagirdi var.

Kentukki ştatının qubernatoru Matt Bevin
Kentukki ştatının qubernatoru Matt Bevin

1997-ci ildə Marşal məktəbindən 40 kilometr məsafədə yerləşən başqa bir orta məktəbdə atışma nəticəsində 5 nəfər həyatını itirmiş, beş nəfər yaralanmışdı.

XS
SM
MD
LG