Accessibility links

Keniyalılar HİV virusuna yoluxub-yoluxmadıqlarını özləri yoxlaya bilər [Video]


Keniyalılar HİV virusuna yoluxub-yoluxmadıqlarını özləri yoxlaya bilər
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Keniya xəstəlikdən xəbərdar olmaq və müalicəyə başlamaq üçün özünüyoxlama HİV testlərinın təqdim edildiyi sonuncu Afrika ölkəsi oldu. Hökumətin hesablamalarına görə, Keniyada yarım milyon HİV viruslu insan var ki, bundan onların özlərinin xəbəri yoxdur.

HİV-ni özünüyoxlama dəsti haqda eşidən 25 yaşlı Lusi Vanciku belə bir testi etmək qərarına gəlib. O, bu test dəstini almaq üçün özəl əczaxanaya gedib.

Əczaçı ona özünüyoxlama dəstindən necə istifadə edəcəyini izah edib və virus aşkar edilərsə, xəstəxanaya müraciət etməli olduğunu deyib.

Lusi Vancikunun sözlərinə görə, bu test insanların xəstəliyini gizli saxlanmasına yardım edir. “Bu sənin şəxsi məsələndir. Bunu heç kim görməyəcək. Hətta əczaçı belə sənin testinin mənfi və ya müsbət olduğunu bilməyəcək. Bu mənim sirrimdir.”

Bu testlər iki yolla edilir, biri selik, digəri qan nümunəsi götürməklə. Qan nümunəsi üçün 3 şüşə, test kisəciyi və lansetdən istifadə edilir. Qan testləri üçün dəst təqribən 8 dollar, selik testi üçün isə 9 dollardır.

Hökumət bu dəstlərdən istifadə etmək üçün əczaçılara təlimlər keçir. Doktor Miryam Muqor onlardan biridir. “Bu, çox yaxşı işdir. Belə işlərinə görə biz hökumətə təşəkkür edirik. Lakin məsələ ondadır ki, bu dəstlər bahadır. Qiyməti ucuzlatsaydılar, hamı ala bilərdi.”

Ester Çud Keniya Əczaçılıq Cəmiyyətinin icraedici direktorudur. Bu təşkilat özünüyoxlama dəstlərinin ölkədə yayılmasında hökumətlə əməkdaşlıq edir. “Bununla bağlı bizim iki problemimiz var. Biri qiymətdir. İlkin mərhələdə adam çox deyildi. Bu, çoxları üçün əlçatmaz idi. İkincisi isə maarifləndirmə və məlumatlandırmadır. Tərəfdaşlarımızla iş birliyi ilə məlumat yaymağa çalışırıq.

Səhiyyə Nazirliyinin dediyinə görə, Keniya əhalisinin dörddə bir hissəsi HİV virusuna yoluxsa da, bundan özlərinin xəbəri yoxdur. “HİV özünüyoxlama dəstlərinı hamının əldə etməli olmasının səbəbi bu virusun əsasən kişilər və gənclər arasında daha çox yayılmasıdır” deyə, doktor Sara Masyuko bildirir.

Hökumət iHİV testlərinin bu ilin axırınadək ölkədəki xəstəxanalara da paylanacağına ümid edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG