Accessibility links

Əl-Şəbəb Keniya hökümətini təhdid edir


Tibbi ekspertiza qrupu Nayrobinin ticarət mərkəzində Somali yaraqlı qrupu Əl-Şəbəb tərəfindən törədilmiş hücum nəticəsində həlak olanların axtarışını davam etdirir.

Keniya Qırmızı Xaç cəmiyyətinin bildirdiyinə görə, Uestqeyt ticarət mərkəzində dağıntılan altında 61 insan qalır.

Rəsmilər ölənlərin sayının 72 olduğunu deyir.

Əl-Şəbəb Keniya hərbi qüvvələri Somalini tərk etməyənədək hücumların davam etdiriləcəyini bildirib. Keniya bu tələbi rədd edir.

Qrupun lideri Muxtar Əbu Zübeyr-Godane Tvitter hesabında bildirib ki, Kenya iqtisadi tənəzzül və qana hazır olsun. O, həmçinin Keniya hücumunu pisləyən qərb dövlətlərini lənətləyib.

Kenya qüvvələri qonşu Somaliyə iki il əvvəl Əl-Şəbəb qrupuna qarşı mübarizəyə kömək etmək üçün girib. Qrup Somalidə İslam dövləti qurmaq üçün mübarizə aparır.

Cümə axşamı Keniya-Somali sərhədi yaxınlığında yerləşən Mandera qəsəbəsində baş vermiş hücumu Əl-Şəbəb qrupu üzərinə götürüb. Hadisədə iki sakin həyatını itirib.
Cərşəmbə günü isə Vacir qəsəbəsində hücum zamanı bir nəfər həlak olub.
XS
SM
MD
LG