Accessibility links

Kerol Krofts: Britaniya Premyer liqasının gücündən danışmaq lazım idi


Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts
Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts

Azərbaycan, əsasən Bakı tez-tez təkcə "Formula-1" kimi böyük idman tədbirləri yox, həm də Cüdo Çempionatı və bir çox başqa tədbirlər keçirir. Bakıda dünya standartlarına uyğun stadion var.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts mayın 27-də mətbuat konfransında Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə bağlı Britaniya mediasının, eləcə də "Arsenal" Futbol Klubu tərəfindən səsləndirilən narazılıqla bağlı jurnalistin sorğusuna cavab verərkən deyib.

"Böyük Britaniya vətəndaşları tez-tez Bakıya müxtəlif idman tədbirlərinə gəlirlər. Azərbaycanın idman tədbirlərini keçirmək üçün geniş imkanları var. Eyni zamanda Azərbaycanda orta hesabla 4000-5000 Böyük Britaniya vətəndaşı yaşayır və işləyir", səfir bildirib.

Jurnalistlərin "İdmanı siyasətlə qarışdıran Britaniya KİV-nin davranışı nə dərəcədə düzgün idi?" sualının cavabında səfir "məsələyə idman aspektindən istinad etmək lazım idi" fikri ilə razı olduğunu deyib.

"Daha çox futboldan danışmaq lazım idi, onu demək lazım idi ki, finalda İngiltərənin iki klubunun qarşılaşması İngiltərə Premyer liqasının gücündən xəbər verir", səfir vurğulayıb.

Səfir Kerol Krofte deyib ki, "Arsenal" və "Çelsi" ayrı-ayrılıqda Bakıya "Qarabağ" futbol komandası ilə oyuna gəlib və odur ki, mayın 29-da Avropa Liqasının finalının keçiriləcəyi stadionla yaxşı tanışdırlar.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts
Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts

Onun fikrincə, Azərbaycanla Böyük Britaniya arasında sıx futbol əlaqələri var.

Səfir 1966-cı il denya çempionatnın finalında hakimlik etmiş azərbaycanlı hakim Tofiq Bəhramovdan da danışıb. Bəhramovun qərarı nəticəsində İngiltərə dünya çempionu olub.

"İngiltərədə Tofiq Bəhramovu çoxları tanıyır, ancaq çoxları onun azərbaycanlı olduğunu bilmir. 2016-cı ildə İngiltərə Dünya Çempionatında qələbəsinin 50 illiyini qeyd edərkən biz səfirliyin nümayəndələri kimi Tofiq Bərhramovun ailəsini ziyarət etdik. Kraliçanın ona hədiyyə etdiyi fit indiyədək onların evindədir. Onların evində Tofiq Bəhramovun Bobbi Çarlton ilə fotosu vardı. Onlar bu fotonu bizə təqdim etdilər və indi biz onu səfirlikdə saxlayırıq. Bununla yanaşı Kraliçanın doğum günündə biz onları qəbula dəvət etdik, 1996-cı il İngiltərə yığma komandasının maykasını onlara təqdim etdik", səfir deyib.

"Azərbaycanda terror təhlükəsi"nin olması, Britaniya turistlərinin gedə biləcəyi yerlər və etməməli olduqları hərəkətlər barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin xatırlatmasına toxunan səfir deyib ki, bu xatırlatma çoxdan hazırlanıb və onu yeniləmək üçün səbəb olmamışdı.

"Bu xatırlatma hər zaman mövcud olub və mən başa düşmürəm ki, bu haqda niyə indi danışmağa başlayıblar. Bu xatırlatma ondan ötrüdür ki, Böyük Britaniya vətəndaşı səyahət edəcəyi ölkədə özünü necə aparmaq lazım gəldiyini, səfərin təhlükəsiz və xoş olması üçün hara getməli olduğunu bilsin. Yəni, bu xatırlatma turistlərin səfərə düzgün hazırlaşması üçündü," Krofts bildirib.

Azərbaycana səfərilə bağlı öz şəxsi təcrübəsindən danışan səfir qeyd edib ki, azərbaycanlıları qonaqpərvər, mehriban, səxavətli insanlar kimi tanıyır.

"Şəxsən mən özüm bunun şahidi olmuşam və tamamilə yad bir adamdan kömək almışam. Azərbaycanda olarkən narahat vəziyyətlə qarşılaşan digər Böyük Britaniya vətəndaşları da belə əhvalatlar danışıblar", səfir deyib.

Krofts bildirib ki, səfirlik azarkeşlər üçün iki broşür hazırlayıb.

"Birinci broşürdə özünü necə aparmaq, fors-mayor vəziyyətlərdə hara müraciət etmək barədə qısa tezislər var. İkinci broşürda Bakıda olarkən gediləcək yerləri göstərmişik", səfir vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG