Accessibility links

Kerri Əddis-Əbəbədə Afrika Birliyinin 50-ci ildönümü tədbirinə qatılır


ABŞ dövlət katibi Con Kerri Afrika Birliyinin 50-ci ildönümünü qeyd etmək üçün Efiopiya paytaxtında keçirilən tədbirə dəvət alanlar arasındadır.

Bu gün Əddis-Əbəbədə keçirilən tədbirin açılış mərasimində Afrika Birliyinin sədri və Efiopiya baş naziri Haylemaryam Desaleq Afrikanın digər ölkə liderlərini münaqişə və yoxsulluqdan olmayan bir qitə yaratmağa çağırıb.

Mərasimdən öncə Con Kerri Nigeriyadan islamçı yaraqlıları zərərsizləşdirməyi tələb edib.

Cənab Harlemaryamla yanaşı dayanan ABŞ-ın ali diplomatı deyib ki, Nigeriyanın özünü terrorçulardan müdafiə etmək hüququ var. O habelə hökumət qüvvələrinin mümkün insan haqları pozuntularından da narahatlığını bildirib.
XS
SM
MD
LG