Accessibility links

Con Kerri İsrail və Fələstin rəsmiləri ilə görüşüb


ABŞ dövlət katibi Con Kerri dalana dirənmiş sülh danışıqlarında irəliləyiş əldə edilməsi məqsədi ilə İsrail və Fələstin rəsmiləri ilə daha bir görüş keçirib. Cənab Kerri iki günlük səfərini bu gün İsraildən başlayıb və artıq ölkənin baş naziri Benyamin Netanyahu, prezident Şimon Peres və ədliyyə naziri Tzipi Livni ilə görüşüb. Bundan sonra cənab Kerri Fələstin rəsmiləri ilə görüşmək üçün İordan çayının qərb sahilindəki Ramallaha gedib.


İllərdir tərəflər arasında İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrailin inşaat planı narazılığa malikdir. Fələstinlilər həmin ərazilərin onlara məxsus olduğunu deyərək, İsraillə danışıqlardan boyun qaçırır. İsrail isə öz növbəsində sülh danışıqları yolunda heç bir şərti qəbul etmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG