Accessibility links

ABŞ dövlət katibi Asiya səfərinə başlayıb


ABŞ dövlət katibi Asiya səfərinə başlayıb. Səfəri çərçivəsində Con Kerri Şimali Koreyanı nüvə ambisiyalarından çəkindirməyə və Çinin regional gərginliklərini azaltmağa çalışacaq.

Kerrinin beşinci Asiya səfərinə Cənubi Koreya, Çin və İndoneziya daxildir.
Vaşinqton Çinin Şərqi və Cənubi Çin dənizlərində nəzarətini artırmaq iddiasından narahatdır.

ABŞ rəsmiləri Çinin sabitliyə hədə törədən əməllərini ağılsızlıq kimi qiymətləndirir. Ötən həftə Obama administrasiyası beynəlxalq qanunlara zidd olduğunu deyərək ,Çini iddialarından əl çəkməyə çağırıb.

Kerri Çinə səfəri zamanı Pekinin yaxın müttəfiqi olan Şimali Koreyaya nüvə silahları proqramını məhdudlaşdırması üçün təyiq göstərməsini istəyəcək.

İndoneziyada ABŞ dövlət katibi iqlim dəyişikliyi məsələsini müzakirə edəcək.

Kerri bazar ertəsi Cakartadan Birləşmiş Ərəb Əmirliklərinə səfər edib, körfəz ölkələrinin liderləri ilə İranın nüvə danışıqları, Suriya müharibəsi və Yaxın Şərq sülh müzakirələrini gündəmə gətirəcək.
XS
SM
MD
LG