Accessibility links

Con Kerri BMT-nin Suriya üzrə nümayəndəsi ilə görüş keçirib


ABŞ dövlət katibi BMT-nin Suriyanın Hələb şəhərindəki döyüşləri dayandırmaq səylərini və Rusiyanın Suriyadakı sülh danışıqlarını dəstəklədiyini bildirib.

Con Kerri bu sözləri çərşənbə günü Cenevrədə BMT-nin Suriya üzrə nümayəndəsi Staffan de Mistura ilə görüşdən sonra bildirib.

Dövlət katibinin sözlərinə görə, cənab Misturanın Suriyaya humanitar yardım göndərilməsi üçün sülh danışıqları vasitəsilə Hələbdəki döyüşlərni dayandırılması planı Suriyada irəliləyiş əldə edilməsi üçün “çox çətin, amma bir o qədər də vacibdir”.

Cənab de Misturanın gələn həftə Dəməşqə dönəcəyi gözlənilir. Noyabr ayında o, Suriya prezidenti Bəşər Əl-Əsədlə görüşüb. Əsəd bildirib ki, bu təklifi “dəyərləndirmək” olar.

BMT nümayəndəsi deyib ki, Hələbdə zorakılıqların sona çatdırılması və dörd ildir davam edən münaqişədən yorulan suriyalıların ümidinin nümunəsidir.

XS
SM
MD
LG