Accessibility links

Almaniya və Fransa liderləri Şərqi Ukrayna sülh planını Putinə təqdim edəcək


Almaniya və Fransa liderləri Ukrayna qüvvələri və Rusiyapərəst separatçılar arasında gedən döyüşlərə son qoy qoymağı nəzərdə tutan yeni sülh planını təqdim etmək üçün Moskvadadırlar.

Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland dünən Kiyevdə Ukrayna prezidenti Petro Proşenko ilə görüşdükdən sonra bu gün yeni sülh planını Rusiya prezidenti Vladimir Putinə təqdim edəcək.

Bugünkü görüşdən əvvəl xanım Merkel bildirib ki, o və cənab Olland Ukraynada döyüşlərə son qoymaq üçün əllərindən gələn hər şeyi edirlər.

Rusiyapərəst separatçılar və Ukrayna rəsmiləri mülki vətandaşların ərazini tərk etməsi üçün bu gün müvəqqəti olaraq döyüşləri dayandırmaq qərarına gəliblər.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG