Accessibility links

Con Kerri Fələstinin iqtisadi inkişaf planı ilə bağlı ümidlərini ifadə edib



ABŞ Dövlət katibi Con Kerri tənəzzüldə olan Fələstin iqtisadiyyatının dirçəldilməsini nəzərdə tutan iqtisadi planın gələn üç il ərzində istehsalın 50 faizədək artmasına gətirib çıxara biləcəyini deyib.

Con Kerri bu açıqlamanı bazar günü İordaniyada Dünya İqtisadi Forumunda çıxışı zamanı verib. O deyib ki, iqtisadi plan işsizlik səviyyəsinin üçdə iki dəfə azalması və orta əmək haqqının isə 40 faizə qədər artmasına kömək edə bilər. Lakin Kerri bu inkişafların İsrail və fələstinlilər arasında sülh istiqamətində tərəqqi ilə bərabər baş verməsindən asılı olduğunu bildirib.

ABŞ Dövlət katibinin sözlərinə görə, iqtisadi planda investisiya həcminin 4 milyard dollara çatıdırılacağı gözlənilir və ekspertlər bu proznoların baş verməsi istiqamətində iş aparır. Con Kerri Fələstin iqtisadiyyatının dirçəldilməsi üçün iqtisadi planın hazırlanmasında Britaniyanın keçmiş Baş naziri Toni Bleyer və digər qlobal biznes liderləri ilə iş aparıb.
XS
SM
MD
LG