Accessibility links

“Star Wars” silsilə filmində şahzadə Lea obrazını yaratmış aktrisa Kerri Fişer vəfat edib


“Star Wars” silsilə filmində şahzadə Leya obrazını yaratdığına görə beynəlxalq pop mədəniyyətinin ikonasına çevrilən aktrisa Kerri Fişer 60 yaşında vəfat edib.

Onun film sənayesində debütü 1975-ci ildə “Shampoo” filmi ilə başladı. Lakin o, 1977-1983-cü illər arası üç orijinal Star Wars filmində yaratdığı sərt, energetik və güclü Leya obrazı onu əfsanəvi aktyor etdi.

2015-ci ildə Kerri tərəf-müqabili olduğu Harrison Ford və Mark Hamillə Star Wars: The Force Awakens filmində bir daha eyni rolu ifa etdi.

Tvitter hesabında Hamill Fişerin ölümündən şok keçirdiyini yazıb. Ellen Degeneres isə Fişeri gözəl yazıçı, aktrisa və dost adlandırıb.

Kitabında və müsahibəsində Fişer narkotik asılılığından və bipolyar xəstəlikdən əziyyət çəkməsi barədə açıq danışırdı. Aktrisa bir qadın şousu hazırlayıb, Wishful Drinking adlı memuar və bestseller olmuş Postcards From the Edge adlı avtobioqrafik kitab yazıb. Bu kitaba əsasən Oskar qalibi olmuş aktrisalar Merl Strip və Şirli Makleynin iştirak etdiyi film çəkilib.

Fişer ötən həftənin cümə günü Los Ancelesə uçan təyyarədə, enişdən 15 dəqiqə əvvəl keçirdiyi infarktdan sonra çərşənbə axşamı dünyasını dəyişib.

XS
SM
MD
LG