Accessibility links

ABŞ dövlət katibi Əfqanıstana səfər edib


ABŞ dövlət katibi Əfqanıstana səfər edib. Bu gün Con Kerri Əfqanıstan prezidenti Həmid Karzayla təhlükəsizlik və növbəti seçkilərə hazırlıq məsələlərini müzakirə edib.

Con Kerri deyib ki, Vaşinqton Talibanla sülh danışıqları ilə bağlı əfqan müttəfiqləri ilə eyni mövqeni bölüşür. Dövlət katibi prezident bildirib ki, Karzay Amerikanın Talibanı sülh masası arxasında görməkdən başqa heç bir niyyəti olmadığından əmindir.

ABŞ diplomatının səfəri Əfqanıstanın ABŞ qüvvələrinin nəzarətində olan son həbsxanasının təhvil verilməsi barədə razılıq əldə edildiyi vaxta təsadüf edir.

Dövlət Departamenti həbsxananın təhlükəsizlik və humanizmə əsaslanaraq saxlanacağına ümid bəslədiyini bildirir.

Həbsxananın təhvili ayın əvvəlinə nəzərdə tutulmuşdu. Lakin mərasim başlanmazdan az əvvəl təxirə salınmışdı.

ABŞ dövlət katibi Con Kerri dünən İraqın baş naziri Nuri Əl-Maliki və digər yüksək səlahiyyətli rəsmiləri ilə görüş keçirib. Müzakirələr Suriya münaqişəsi və İraqın təhlükəsizliyi kimi məsələləri əhatə edib.

ABŞ prezidenti Barak Obamanı Yaxın Şərq səfərində müşayiət edən Kerri İraqı İran təyyarələrinin onun hava məkanından Suriyaya hərbi sursat daşımasına yol verməmə çağırıb.

Con Kerri danışıqlar zamanı İraqın daxili çəkişmələri məsələsini də gündəmə gətirib.

ABŞ rəmsiləri Əl-Qaidə də daxil edilməklə, İraqdakı silahlı qruplaşmaların son zamanlar fəaliyyətinin artmasından narahatdır.
XS
SM
MD
LG