ABŞ dövlət katibi Ukraynanın şəqrində zorakılıqların vüsət almasına görə Rusiyanın dəstəklədiyi separatistləri və Kremli günahlandırıb.
Con Kerri deyib ki, Rusiya prezidenti Vladimir Putin müharibəyə son qoyulması variantını seçə bilər.
Kiyevdə Ukraynanın baş naziri Arseniy Yatsenyuk ilə birgə mətbuat konfransında Kerri bildirib ki, separatistlər daha artıq əraziləri ələ keçirir, insanları qorxuya salır.
ABŞ dövlət katibi sülhə kimin mane olduğuna şübhə olmadığını deyərək, kəşfiyyat monitorinqinin Rusiyanın separatistləri tanklar, raketlər və qüvvələrlə təmin etdiyini sübuta yetirdiyini bildirib.
Kerri Rusiyanı Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə, ukraynalı pilot Nadiya Savçenko kimi siyasi məhbusları azad etməyə çağırıb.
O, ABŞ prezidentinə Ukranaya hərbi yardım göstərilməsi məsələsini nəzərdən keçirdiyi üçün təşəkkürünü bildirib.
Kerri Ukrayna prezidenti Petro Poroşenko ilə görüşmək üçün Kiyevə səfər edən Fransa prezidenti Farsua Olland və Almaniya kansleri Angela Merkellə bərabər diplomatik vasitəçilik imkanına malik olduğunu deyib.
Ukraynanın baş naziri Arseniy Yatsenyuk Rusiyanı Minsk razılığının şərtlərinə əməl etməyə səsləyərək, Ukraynanın ərzi bütövlüyü və suverenliyini qoruyan hər bir sülh planına hazır olduğunu deyib.
Kerrinin Ukraya səfərindən əvvəl ABŞ Ukraynaya əlavə 16.4 milyon dollarlıq yardım ayrıldığını bəyan edib.