Accessibility links

Səud Əl Feysəl:Səudiyyə Ərəbistanı Tehranın Suriya böhranına müdaxiləsinə səssiz qalmayacaq


ABŞ dövlət katibi Səudiyyə Ərəbistanındadır. Con Kerri ölkə rəsmiləri ilə Suriyada vəziyyət daxil edilməklə, bir sıra məsələləri müzakirə edib. O, Suriya böhranının həllinin ən yaxşı yolunun müzakirələr olduğunu bildirib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud Əl Feysəl deyib ki, beynəlxalq ictimaiyyət İran və Hizbullahın Suriya hökumətinə dayaq olmasına yol verməməlidir.

Şahzadə Tehranın böhrana müdaxiləsini təhlükəli adlandıraraq, Səudiyyə Ərəbistanının buna səssiz qalmayacağını deyib. O, bu sözləri Con Kerri ilə birgə mətbuat konfransında deyib.

Amerika və Səudiyyə Ərəbistanı şənbə günü görüş keçirən “Suriyanın dostları” qrupunun üzvüdür. Qrup Suriya müxalifətinə əlavə yardım göstərilməsi barədə qərar qəbul edib.

Səudiyyə Ərəbistanı rəqib döyüşçüləri artıq silahla təmin edir. ABŞ isə bu yaxınlarda onların silahla təmin ediləcəyini bəyan edib.

Bu arada, ABŞ, Rusiya və BMT diplomatları Çenevrədə Suriya sülh konfransının planı üzərində iş aparır. Konfrans tərəflərin bir araya gətirilməsi məqsədi daşıyır. Təşkilatçılar onların döyüşlərə son qoyacaq müvəqqəti hökumətin təşkilində razılıq əldə etməsinə çalışır.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG