Accessibility links

Con Kerri: Şimali Koreya xalqına raket sınaqları yox, ərzaq lazımdır!


Birləşmiş Ştatların dövlət katibi Con Kerri Şimalı Koreyanın raket sınağı barədəki xəbərdarlıqlarını rədd edib və deyib ki, Vaşinqton bu ölkənin nüvə qüdrətinə malik bir ölkə olmasına imkan verməyəcək.

Cənab Kerri bunu Cənubi Koreya prezidenti Parl Cun-Hye və Cənubi Koreyada olan 28 min nəfərdən ibarət ABŞ kontingetinin rəhbərləri ilə müzakirələrdən sonra, müxbirlərlə görüşü zamanı deyib. Dövlət katibi əlavə edib ki, lazım gələrsə, ABŞ öz müttəfiqlərini müdafıə edəcək.

Üçüncü dəfə nüvə silahını sınaqdan keçirdikdən sonra BMT-nin yeni sanksiyaları ilə üzləşən Şimali Koreya artıq bir neçə həftədir Birləşmiş Ştatları və Cənubi Koreyanı nüvə müharibəsi ilə hədələyir.

"Şimali Koreya xalqına raket sınaqları yox, ərzaq lazımdır!" - deyə, Con Kerri kommunist dövlətin rəhbərinin əzələ nümayiş etdirməsini pisləyib.

XS
SM
MD
LG