Accessibility links

Con Kerri Antarktidaya iki günlük səfərə başlayır


Antarktidaya səfər edən ABŞ dövlət katibi Con Kerri indiyədək bu qitəni ziyarət edən ən yüksək Amerika rəsmisi kimi tarixə düşüb. Antraktidaya bu gün çatan dövlət katibi ikigünlük səfəri zamanı alimlərlə iqlim dəyişikliyinin buzlu qitəyə təsirlərinə dair fikir mübadiləsi aparacaq.

Pis hava şəraitinə görə səfəri bir gün təxirə salınan cənab Kerri bu gün Yeni Zelandiyadan yola düşüb. Dövlət katibinin rəhbərlik etdiyi heyət səhər saat 6:00-da Kristçörç hava limanını C-17 Qlobmaster hərbi təyyarəsi ilə tərk edib və yerli vaxtla saat 11-də Antraktidaya çatıb.

Antraktidada enəndən sonra Kerrinin daha kiçik hərbi təyyarə ilə ABŞ hökumətinin Cənub Qütbü yaxınlığında fəaliyyətlərinin idarə olunduğu araşdırma mərkəzinə 3 saat uçacağı planlaşdırılıb. Dövlət katibinin mərkəzdə iki saat qaldıqdan sonra gecə saatlarında Makmudoya geri dönəcəyi gözlənilir.

Təcrübəli pilot olan Kerri səfərin böyük hissəsini pilot otağında keçirərək pilotlarla söhbət edib. 5 saatlıq problemsiz uçuşdan sonra qrup Pegasus Buzlu eniş zonağına enib. Bu zolaq Macmurdoya xidmət edir. Böyük baza ABŞ-ın əməliyyatlarını həyata keçirməsi üçün mərkəzdir.

Səfərin başlağıcında Kerri ictimaiyyətə heç bir açıqlama verməyib. Bir gün öncə Kristçörçdə o, prezident seçilmiş Donald Trampı təbrik edərək deyib ki, o, Dövlət Departamenti rəsmilərinə hakimiyyətin dinc və konstruktiv yolla keçidini xatırladıb.

Antraktidada enəndən sonra Kerrinin daha kiçik hərbi təyyarə ilə ABŞ hökumətinin Cənub Qütbü yaxınlığında fəaliyyətlərinin idarə olunduğu araşdırma mərkəzinə 3 saat uçacağı planlaşdırılıb. Dövlət katibinin mərkəzdə iki saat qaldıqdan sonra gecə saatlarında Makmudoya geri dönəcəyi gözlənilir.

Con Kerri dövlət katibliyi müddətində iqlim dəyişikliyini Amerika diplomatiyasının əsas diqqət mərkəzinə çevirib və uzun illər ABŞ senatoru kimi də bu məsələ üzərində işləyib.

Kerrinin yardımçıları səfəri dövlət katibi üçün öyrənmə imkanı kimi təsvir edib. O, habelə iqlim dəyişikliyinin Antraktidaya təsirlərini araşdırmaq üzərində çalışan alimlərdən məlumatlar da alacaq. Kerri dövlət katibliyi müddətində iqlim dəyişikliyini Amerika diplomatiyasının əsas diqqət mərkəzinə çevirib və uzun illər ABŞ senatoru kimi də bu məsələ üzərində işləyib.

Onun sabah Yeni Zelandiyaya geri dönərək baş Nazir Con Ki ilə görüşəcəyi planlaşdırılır. Dövlət katibi gələn həftə isə danışıqlar aparmaq üçün Yaxın Şərqə səfər edəcək. ABŞ-a geri dönməmişdən əvvəl Con Kerri qlobal iqlim konfransına qatılmaq üçün Mərakeşə səfər edərək orada nitq söyləyəcək.

XS
SM
MD
LG