Accessibility links

ABŞ dövlət katibi Yaxın Şərqə səfərə çıxır


Birləşmiş Ştatların Dövlət katibi Con Kerri İraqda vəziyyəti və İslam Dövləti qrupunun yaraqlılarının törətdiyi təhlükələri müzakirə etmək üçün bu gün Yaxın Şərqə yola düşür. Səfər zamanı cənab Kerri İordaniya və Səudiyyə Ərəbistanı rəsmiləri və alyansın digər üzvləri ilə görüşməlidır.

Keçən gecə etdiyi çıxışı zamanı cənab Kerri deyib ki, İslam Dövləti qrupunu məğlub etmək üçün güclü koalisiyanın yaradılması lazımdır. Cənab Kerri yaraqlı qrupa maliyyə yardımının, xaricdən gələn döyüşçülərin və təbliğatın qarşısının alınmalı olduğunu deyib.

Dövlət katibi Kerri eləcə də, yeni brilik hökumətini təsdiq edən İraq parlamentinin işini yüksək qiymətləndirib və deyib ki, bu, İraqda yeni mərhələnin başlanğıcı, ABŞ-ın isə İslam Dövləti qrupunun ekstremistlərinə qarşı mübarizə səylərinin əsasını təşkil edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG