Accessibility links

Kerri və Lavrov arasında telefon söhbəti olub


ABŞ Dövlət katibi Con Kerri və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon söhbəti olub. Dövlət Departamentinin sözçüsü Viktoriya Nulandın bildirdiyinə görə, 40 dəqiqə sürən telefon söhbəti zamanı Suriyada vəziyyət geniş müzakirə edilib. ABŞ Dövlət katibi və Rusiyanın xarici işlər nazirinin BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahiminin səylərinə dəstəyin davam etdirilməsi və iki ölkənin mövqeyinin yaxınlaşmasına nail olunması məsələlərində razılıq əldə etdiyi bildirilir.

Viktoriya Nulandın ABŞ-ın Rusiyanın Əsəd rejimi ilə əlaqələri davam etdirməsindən narahatlığını ifadə edib və qeyd edib ki, rəsmi Moskva hərbi sahədə müqavilələri yerinə yetirməyə və Suriya hakimiyyətinə iqtisadi yardım göstərməyə davam edir.

Dövlət katibi Con Kerri və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında telefon söhbəti zamanı İran və dünya qüdrətləri arasında Tehranın nüvə proqramı ilə əlaqədar danışıqlara hazırlıq məsələsi də müzakirə edilib.

Dövlət katibi Kerri xarici işlər naziri Lavrovla amerikalıların Rusiyadan övladlığa uşaq götürməsi məsələsinə də toxunub. Viktoriya Nuland qeyd qeyd edib ki, Birləşmiş Ştatlar hökuməti uşaqların çoxunun valideynlərinə qovuşavağına ümid edir. Onun sözlərinə görə, telefon söhbəti zamanı Rusiyada insan hüquqları və qanunun aliliyinə hörmət edilməsi kimi məsələlər ətrafında geniş müzakirə aparılıb.

Azərbaycan xidmətinin Amerikanın Səsinin (www.amerikanınsesi.org) Dövlət Departamentindəki müxbirindən aldığı məlumata görə, Dövlət katibi Kerri və Rusiya xarici işlər naziri Lavrov arasında 40 dəqiqəlik söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi yer almayıb.
XS
SM
MD
LG