Accessibility links

ABŞ dövlət katibi Avropa səfərini İtaliyada davam etdirir


Birləşmiş Ştatların dövlət katibi Con Kerri Avropaya rəsmi səfərini İtaliyada davam etdirir. Cənab Kerri bu gün İtaliyanın baş naziri Enriko Letta ilə görüşüb.

İtaliyanın dövlət başçısı ABŞ dövlət katibini özünün Palazzo Kici iqamətgahında İtaliyanın xarici işlər naziri Emma Bonino ilə birlikdə qarşılayıb. Görüş zamanı tərəflərin İran, Suriya və Yaxın Şərqdəki sülh prosesi məsələlərini müzakirə edəcəkləri gözlənilirdi.

Günün sonunda cənab Kerrinin İranın nüvə proqramını və fələstinlilərlə sülh razılığı ilə bağlı məsələləri müzakirə etmək üçün İsrail baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

ABŞ dövlət katibi Romaya çərşənbə axşamı Londonda Suriyanın dostları kimi tanınan 11 ölkənin nümayəndələri ilə görüşdən sonra gedib. Cənab Kerri Londonda eləcə də, prezident Bəşar Əl-Əsədə qarşı mübarizə aparan Suriya müxalifətinin üzvləri ilə görüşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG