Accessibility links

Kerri: 11 ölkənin Suriyaya yardımı üsyançıların generalı vasitəsilə çatdırılacaq




ABŞ Dövlət katibi Con Kerri deyib ki, Suriya müxalifətini dəstəkləyən 11 ölkə Suriya üsyançılarına bütün hərbi və qeyri-hərbi yardımın Qərb tərəfdarı üsyançıların komandiri general İdtis tərəfindən koordinasiya edilməsi məsələsində razılıq əldə edib.

Bazar günü İstanbulda mətbuat konfransı zamanı danışan Kerri bildirib ki, bu, Birləşmiş Ştatlar və özlərini “Suriyanın dostları” adlandıran daha 10 ölkənin Türkiyədə keçirdiyi görüşdə əldə etdiyi ən mühüm razılıqdır. Onun sözlərinə görə, qrup üzləri bütün silahlar və başqa yardım növlərinin Suriya müxalifət koalisiyasının hərbi qanadına başçılıq edən general İdris vasitəsilə verilməsi məsələsində vahid mövqedən çıxış edib.

Rəsmi Vaşinqton şənbə günü Suriyada iki ildir prezident Bəşar Əl-Əsədin avtokratik hökumətinə qarşı mübarizə aparan Qərb tərəfdarı üsyançılara əlavə 123 milyon dollaqlır yeni qeri-hərbi yardımın ayrıldığını bildirib.

Birləşmiş Ştatlar silahların Əl-Qaidə tərəfdarı olan Qərb əleyhdarlarının əlinə keçən bilməsindən ehtiyat edərək, Suriyaya hərbi yardım göndərməkdən imtina edir. Lakin ABŞ “Suriyanın dostları” qrupunun Qətər və Səudiyyə Ərəbistanı kimi digər üzvləri olan müttəfiq ölkələrin silahı alan tərəfin yoxlanması şərtilə Suriya üsyançılarına hərbi yardım göstərməsinə etiraz etməyib.

Birləşmiş Ştatlar yeni maliyyə yardımın xüsusi detallarını açıqlamasa da, Ağ Ev rəsmiləri ABŞ prezidenti Barak Obamanın gödəkçələr və gecə görmə cihazları kimi əşyalar üçün maliyyənin ayrılmasına razılıq verdiyini bildiribrlər.

Bazar günü uzun müzakirələrdən sonra Kerri başqa ölkələri də Suriya müxalifətinə dəstəyi artıraraq, beynəlxalq yardımın bir milyard dollara çatdırılmasına çağırıb. Vaşinqtonun Suriya müxalifətinə ayırdığı yardımın məbləği hazırda 250 milyon dollara çatdırılıb.

Dövlət katibi Kerri İstanbulda Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşlər keçirib.

ABŞ Dövlət katibi həmçinin Suriyada münaqişənin qonşu ölkələr üçün təhlükə yaratdığını qeyd edib.
XS
SM
MD
LG