Accessibility links

Kəşfiyyat rəsmiləri Rusiyanın daha aqressiv olacağına dair xəbərdarlıq edir [Video]


Kəşfiyyat rəsmiləri Rusiyanın daha aqressiv olacağı ilə bağlı xəbərdarlıq edir
please wait

No media source currently available

0:00 0:01:59 0:00

ABŞ prezident seçkilərinə müdaxilə cəhdlərindən sonra Rusiyadan gələn təhlükənin azalacağı gözlənilmir. ABŞ-ın yüksək vəzifəli kəşfiyyat rəsmiləri Moskvanın daha aqressiv və gözlənilməz addımlar atacağı ilə bağlı xəbərdarlıq edir.

Xəbərlərdə bundan çox bəhs edilməməsinə rəğmən Kim Conq Un-dan gələn təhlükələrin riski azalmayıb.
Mayk Pompeo

ABŞ-ın kəşfiyyat rəsmiləri ötən həftə keçirilən yüksək səviyyəli görüşlərdən sonra ABŞ-ın Rusiya ilə münasibətlərinin yaxsılaşacağına dair ümidləri puça çıxardı.

Milli Kəşfiyyat İdarəsinin direktoru Dan Koats: “Rusiya bizim daha öncə şahidi olmadığımız bir şəkildə sosial media və digər imkanlardan istifadə edir. Bu isə o deməkdir ki, onlar bizim demokratik prosesimizə böyük hədədir”.

FBI direktorunun vəzifəsini icra edən Enryu Makkeyb Ağ Evin Rusiyanın seçkilərə müdaxiləsi və Tramp kampaniyası ilə mümkün əlaqələrinə dair təhqiqatın gündəmdə ən aşağı yerdə olduğuna dair iddialarına zidd fikirlər səsləndirib və idarənin bu təhqiqatı çox mühüm hesab etdiyini deyib.

Onun sözləri müdafiə naziri Cim Mattis kimi yüksək səviyyəli rəsmilərin etdiyi xəbərdarlıqlara uyğun gəlir. Mattis namizədliyinin təsdiqi ilə bağlı keçirilən dinləmədə Rusiyanı ABŞ-a və qlobal sabitliyə ən böyük hədə adlandırmışdı.

Lakin prezident Donald Trampın hakimiyyəti altında bu fikir dəyişib. Cümə günü kəşfiyyat rəsmiləri qanunvercilərə deyib ki, onların əsas prioriteti Şimali Koreyadan gələn təhlükədir.

Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Mayk Pompeo: “Xəbərlərdə bundan çox bəhs edilməməsinə rəğmən Kim Conq Un-dan gələn təhlükələrin riski azalmayıb”.

Rəsmilər Şimali Koreyanın ABŞ-ı raketlə vurmağa nə dərəcə yaxın olduğunu deməktən imtina ediblər və təkcə onu deyiblər ki, hər sınaqda Pxenyan bunu etməyə daha çox yaxınlaşır.

Müdafiə Kəşfiyyatı Agentliyinin direktoru Vinsent Stüart: “Onlar bu yoldadırlar və əməllərinə sadiqdirlər.”

Rusiya bizim daha öncə şahidi olmadığımız bir şəkildə sosial media və digər imkanlardan istifadə edir. Bu isə o deməkdir ki, onlar bizim demokratik prosesimizə böyük hədədir.
Dan Koats

Böyük təhlükələr arasında İslam Dövləti terror qrupu yer alır. Rəsmilər xəbərdarlıq edir ki, İŞİD artıq İraq və Suriyada yenidən qruplaşmağa hazırlaşır və döyüş meydançasındakı məğlubiyyətlərinə baxmayaraq, hələ də dünya boyu hücumlar həyata keçirmək imkanlarına sahibdir.

Bundan əlavə isə İran təhlükəsi də var ki, indiyədək nüvə razılığına əməl etməsinə baxmayaraq, Suriya və İraqda aktiv rol oynamağa və öz nüfuzunu yaymağa davam edir. Rəsmilər regionda İrana sadiq 10 min yarı-hərbi qüvvə döyüşçüsünün olduğunu bildirir.

XS
SM
MD
LG