Accessibility links

Ketrin Zeta Consla Maykl Duqlas arasında münasibətlər düzələ bilər


Ketrin Zeta Consla Maykl Duqlasın münasibətləri deyəsən düzəlir.

13 il evli olduqdan sonra Hollivud cütlüyünün ayrılacaqları barədə şaiyələr gəzirdi.
Amma bir neçə gün sonra Maykl hər kəsə həyat yoldaşı ilə münasibətlərinin yaxşı olduğunu deyib. Aktyor bu ayrılığın müvəqqəti olduğunu deyib. Nişan üzüyünü barmağından çıxarmayan Maykl Londonda iştirak etdiyi mərasimdə çox xoşbəxt görünürdü.

Ketrin Zeta Cons isə okeanın o tayında Nyu-Yorkdadır. O da xoşbəxt və sağlam görünür və nişan üzüyünü barmağından çıxarmır. Cütlük sadəcə olaraq münasibətlərini bərpa etmək üçün bir müddət biri-birindən ayrı yaşamaq istəyir.

Mayklın onların hələ də nigahda olduqlarını deməsi və hər ikisinin barmağında nişan üzüyünün olması onların həqiqətən də nigahda qalacaqlarına işarədir.
XS
SM
MD
LG