Accessibility links

Kevin Hart anti-gey şərhlərinə görə 2019 Oscar aparıcılığından geri çəkildi


Amerika komediya ustası Kevin Hart bu ilin Oscar mükafatları mərasiminin aparıcılığından geri çəkildiyini elan edib. Aktyor bu qərarı keçmişdə etdiyi anti-gey şərhləri ilə izah edib.

Hart Twitter sosial şəbəkəsində yazdığı şərhində qeyd edib ki, bu qərar çoxlu sayda heyranedici və istedadlı sənətçilərin bayram edəcəyi gecədə diqqətin yayılmasına səbəb olmamalıdır.

O həm də, keçmişdə LGBTQ icmasına ünvanlandırdığı sərt sözlərə görə səmimi olaraq üzr istədiyini deyib.

Hart bu qərarı keçmişdə etdiyi şərhlərininnn sosial media istifadəçiləri tərəfindən kütləvi şəkildə paylaşmasından sonra verib.

Hələlik fevral ayında keçiriləcək film sənayesinin ən böyük mükafat mərasimində Hartı kimin əvəz edəcəyi məlum deyil.

XS
SM
MD
LG