Accessibility links

Kevin MakKarti ABŞ Nümayəndələr Palatasının spikeri seçilib


Kevin MakKarti.
Kevin MakKarti.

Beş gün ərzində 15 səsvermə raundundan və sağçı Respublikaçılara edilən bir sıra güzəştlərdən sonra kaliforniyalı konqresmen Kevin MakKarti nəhayət ABŞ Nümayəndələr Palatasının spikeri seçilib.

ABŞ Prezidenti Co Bayden MakKartini təbrik edən bəyanat yayıb. Bəyanatda “Mən mümkün olduğunda Respublikaçılarla işləməyə hazıram və seçicilər Respublikaçıların da mənimlə işləməyə hazır olduqlarını görmək istədiklərini açıq şəkildə göstəriblər.”

20 sağçı qanunverici MakKartinin spiker olmasını blok ediblər, çünki onlar onun kifayət qədər mühafizəkar olmadığına inanıblar.

MakKarti öz çıxışında prezident Co Bayden və Demokratlarla üz-üzə gəlmək üçün təhqiqatların aparılacağını vəd edib.

“Bizim sistem hakimiyyət bölgüsü üzərində qurulub. İndi bizim yoxanış edib, prezidentin siyasətinə balans qatmaq vaxtımızdır,” o deyib.

57 yaşlı MakKarti illərdir Nümayəndələr Palatasına rəhbərlik etmək istəyir və heç vaxt namizədliyini geri çəkəcəyinə işarə etməyib.

Spiker olmaq üçün lazım olan səsləri qazanan MakKarti and içərək 434 üzvlük Nümayəndələr Palatasının spikeri vəzifəsini icra etməyə başlayıb.

MakKarti Nümayəndələr Palatasının demokrat spikeri Nensi Pelosini əvəzləyir. Pelosi Nümayəndələr Palatasının üzvü olaraq qalır.

O, Demokratların Nümayəndələr Palatasındakı azlıq lideri konqresmen Hakim Ceffrisə səs verib.

Nümayəndələr Palatasındakı bütün Demokratlar spikerlik üçün Ceffrisə səs verib, amma onun qazanmaq ehtimalı yox idi, çünki heç bir Respublikaçı ona səs verərək ehtiyacı olan 218 səsi toplamasına imkan verməyib.

XS
SM
MD
LG