Accessibility links

Xameneyi deyir ki, İran və müttəfiqləri geri çəkilməyəcək


İsrailin Tehranın dəstəklədiyi Hizbullahın öldürülən baş katibinin ehtimal edilən varisini hədəf aldığı güman edilən Beyruta hücumundan bir neçə saat sonra İranın dini lideri Ayətullah Əli Xameneyi cümə günü deyib ki, İran və onun regional proksiləri geri addım atmayacaq.

"Silahlı qüvvələrimizin bir neçə gecə öncəki parlaq addımı tamamilə qanuni və legitim idi", Xameneyi Tehranda cümə namazı zamanı İranın İsrailə çərşənbə axşamı raket hücumlarını nəzərdə tutaraq bildirib.

ABŞ prezidenti Co Bayden cümə axşamı deyib ki, İsrailin cavabına İranın neft obyektlərinə zərbə endirmək daxil ola bilər.

Sakinlər və təhlükəsizlik mənbələri bildiriblər ki, İranın dəstəklədiyi Hizbullahın istinadgahı sayılan Beyrutun cənubunda yerləşən Dahiyə şəhəri, İsrailin bəzi bölgələrdə insanlara evlərini tərk etmələrini bildirməsindən sonra, cümə axşamı gecə yarısı yenidən zərbələrə məruz qalıb.

Axios-un müxbiri Barak Ravid üç İsrail rəsmisinə istinadən X-də bildirib ki, hava hücumları Hizbullah rəsmisi, onun öldürülən lideri Həsən Nəsrullahın varisi olduğu güman edilən Haşim Safiyəddini yeraltı bunkerdə hədəf alıb.

O deyib ki, Səfiəddinin aqibəti hələ ki, bəlli deyil.

İsrail ordusu şərh verməkdən imtina edib və Hizbullah Safiyəddinin aqibəti ilə bağlı heç bir şərh verməyib. Onun qardaşı və Hizbullahın İrandakı nümayəndəsi olan Seyid Abdallah Safiyəddin Xameneyinin Tehrandakı çıxışında iştirak edib.

Cümə günü səhər saatlarında Beyrutun əsas hava limanı yaxınlığında böyük partlayışlar baş verib və livanlı mülki əhali daim qorxu içində yaşadıqlarını bildirib.

İsrail cavab tədbirlərini nəzərdən keçirdiyi bir vaxtda, ABŞ prezidenti Co Bayden Yaxın Şərqdə "tam-miqyaslı müharibənin" olacağına inanmadığını, lakin bunun qarşısını almaq üçün daha çox iş görülməli olduğunu qeyd edib.

Birləşmiş Ştatlar, Avropa İttifaqı və digər müttəfiqlər İsrail-Livan münaqişəsində dərhal 21 günlük atəşkəsə çağırsa da, Bayden ABŞ-ın İsraillə Tehranın hücumuna cavab variantlarını, o cümlədən İsrailin İran neft obyektlərini vurmasını müzakirə etdiyini bildirib.

Onun şərhləri qlobal neft qiymətlərinin artmasına gətirib çıxarıb və Yaxın Şərqdə artan gərginlik tədarükün kəsilə biləcəyinə dair narahatlıq yaradıb.

Bununla belə, Bayden qeyd edib ki, : "Bu gün heç bir şey olmayacaq." Daha sonra İsraili İranın neft qurğularına hücum etməməyə çağırıb-çağırmayacağı ilə bağlı suala Bayden deyib ki, o, ictimaiyyətə açıq şəkildə danışıqlar aparmayacaq.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG