Accessibility links

Kiçik implant xəstəliklərə qarşı mübarizədə böyük rol oynaya bilər [Video]


Kiçik implant xəstəliklərə qarşı mübarizədə böyük rol oynaya bilər
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Bəzi insanlar dərman qəbul etməyi unudurlar. Amma yaxınlarda bəzi xəstəliklər üçün nəzərdə tutlan dərmanları ağız yolu ilə deyil, implant vasitəsilə qəbul etmək mümkün olacaq. Hyustonda bir laboratoriya bəzi həyati əhəmiyyət daşıyan dərmanların yeridilməsi üçün dəri altına yerləşdirilən təkrar doldurula bilən implantlar inkişaf etdirir.

Bu laboratoriyanın tədqiqatçıları dərmanları pasientlərə kiçik implant vasitəsilə yeritməyin yolunu inkişaf etdirirlər.

Bu implant dərinin altına yerləşdirilir və müəyyən müddət, bir neçə ay, mümkündür hətta il boyu pasientə dərman yeridir
Alessandro Qrattoni

“Bu implant dərinin altına yerləşdirilir və müəyyən müddət, bir neçə ay, mümkündür hətta il boyu pasientə dərman yeridir” – deyə, Hyuston Metodist Araşdırma İnstitutundan Alessandro Qrattoni bildirir.

Dərman bunun kimi müxtəlif implantların içindəki nanokanallardakı membranlar vasitəsilə yeridilir.

“Onlar bədəndə vəz kimi hərəkət edirlər, vəzlərin gördüyü işi görürlər, yəni ehtiyac olanda lazımi molekulları ifraz edirlər”, Mauro Ferrari deyir.

Nanokanallar vasitəsilə dərman yeritmə sistemi pasienti həm davamlı sabit doza ilə, ya da uzaqdan idarə olunan cihazla təmin edə bilər.

“Biz telefon və ya Bluetooth-un pultu ilə uzaqdan idarə oluna bilən sistem inkişaf etdirmək qərarına gəldik. Zamanla siz dərmanın dozasını tənzimləyə və ya tamamilə dayandıra bilərsiniz”, Qrattoni söyləyir.

Bu implantların ölçüləri müxtəlifdir və bədənə yüksək təzyiq, revmatoid artrit, İİV-dən qorunma və hətta xərçəng kimi xəstəliklər üçün dərmanlar yeridə bilir.

“Biz kiçik, düyü dənəsi ölçüsündə cihaz yaratmağı düşünürük. Onlar şiş kütləsinin içinə iynə vasitəsilə daxil ola və immunoterapiyanı birbaşa şişin içinə yeridə bilər” – deyə Qrattoni bildirir.

Bundan əlavə onlar implantdan istifadə edərək köklüklə mübarizə aparan insanlara dərman yeritməkdir istəyirlər ki, pasientlər pəhrizlərini dəyişmədən piylərdən qurtula bilsin.

NASA astronavtların üzləşdiyi problemi aradan qaldırmaq üçün nanotexnologiyası olan implantlarla bağlı tədqiqat aparır.

“Fəzaya gedəndən sonra idman etmədikləri təqdirdə onların əzələ və sümük sıxlığı azalır. Buna görə də biz əzələ atrofiyasının qarşısını almaq üçün xüsusi dərmana diqqət ayırırıq. Bunun üçün kosmosa heyvanlar, gəmiriclər göndərmişik və iki aydır bu implantı sınaqdan keçiririk. Hazırda biz nümunələri və əldə etdiyimiz məlumatları təhlil edirik” , Qrattoni söyləyir.

Növbəti üç il ərzində İİV-yə qarşı qorunmaq məqsədilə implantdan istifadə ilə bağlı klinik sınaq başlaya bilər. İmplatdan başqa məqsədlər üçün istifadə ilə bağlı insan üzərində sınaqların keçirilməsi isə daha da uzun vaxt ala bilər.

XS
SM
MD
LG