Accessibility links

Ukrayna və Rusiya şirkətləri kiberhücumlara məruz qalıb


Yeni sofveyr virusu Ukraynada Odessa beynəlxalq hava limanı, Kiyev metrosu, habelə Rusiyanın İnterfaks və Fontanka müstəqil mediasını iflic vəziyyətə salıb.

Kiberhücumlar iyun ayında xəstəxanalar və hökumət idarələrinə edilən hücumlarla eynidir. Bu hücumlara görə kiberhücumçular pul müqabilində saytların açılışını tələb edir.

Moskvada yerləşən Qrup-İP kibernetika təhlükəsizliyi şirkəti bildirib ki, BadRabbit adlı virus yayanlar Moskvanın ən böyük banklarına da hücum etmək istəmiş, lakin buna nail ola bilməmişlər.

Digər bir kibernetika şirkəti Kaspersky Lab Rusiya, Ukrayna, Türkiyə və Almaniyada 200-dən çox şirkətin hücuma məruz qalacağından xəbərdar olduğunu bildirib.

Odessa hava limanının bəyanatında deyilib ki, ən böyük ziyan informasiya sisteminə dəyib. Kiyev metrosu onlayn və kart ödənişlərini qəbul edə bilmədiyindən şikayətlənib.

Rusiyanın İntefaks xəbər agentliyi çərşənbə axşamından iflic vəziyyətdədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın Zaporijye bölgəsinə raket zərbəsi endirib
please wait

No media source currently available

0:00 0:12:04 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG