Accessibility links

Qlobal pandemiya dövründə kiberhücumlar artmaqdadır


Qlobal pandemiya dövründə kiberhücumlar artmaqdadır
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Qlobal pandemiyanın yaratdığı qeyri-müəyyənlik dövründə kiberhücumlar artmaqdadır. Ölkələr biri-birini bu kimi hücumlara görə ittiham edir. Onlar həm də kibernetika hücumlarının qurbanlarına çevrildiyini iddia edir. COVID-19-la mübarizə aparan beynəlxalq təşkilatlar da kiberhücumların hədəfindədir.

Bu, stolüstü kiber tennis oyunudur. İsrailin Milli Kiber Direktoratlığı yüzlərlə İsrail saytının çox ehtimal ki, İran tərəfindən hücuma məruz qaldığını bildirib.

Veb səhifələrində ivrit və ingilis dillərində “İsrailin məhvinə doğru geri sayma başlandı” - deyə, xəbərdarlıq yayılıb.

Kiberhücumların İsrailin İranın Bəndər Abbas liman şəhərinə hücumuna qısas mahiyyəti daşıdığı ehtimal edilir. İsrailin hücumu İranın bu ölkənin su səlahiyyətlərinə kiber hücuma cavab ola biləcəyi də təxmin edilir.

İsrail kibertəhlükəsizilik sahəsində aparıcı mövqeyə sahibdir. Ordunun minlərlə əsgəri kəşfiyyat və kibernetika sahəsində mükəmməl təlimlərdən keçirilib. Onlar mülki şirkətlərlə iş birliyini davam etdirir.

“İsrailin kibertəhlükələrə unikal bir yanaşma tərzi var. Bu isə kiber ekosistemə nə qədər ehtiyac olduğuna baxmaqdan ibarətdir. Bu, ziyalı dairələri, hökumət və özəl sektorların birgə səyi deməkdir. Çünki İsrail kibertəhlükələrin təkcə hərbi deyil, vətəndaş səviyyəsində olduğunu bilir. Bu, ümummilli bir təhlükədir” - deyə, Tel-Əviv Universitetinin Kibernetika Araşdrımaları Mərkəzindən Gil Baram bildirib.

İsrailin dünyanın aparıcı şirkətlərindən biri olan Checkpoint şirkəti hərbi xidmətdə birgə olmuş 3 nəfər tərəfindən təsis edilib. Şirkət bu yaxınlarda Çinin Cənubi Asiya ölkələrinin hökumət agentliklərini hədəf alan Naikon adlı casus kampaniyasının fəaliyyətini aşkar edib.

“Biz illərlə bu hücumları müəyyən etməyə çalışırdıq. Lakin yalnlz indi hər şeyi birləşdirib ümumi mənzəni əldə etmiş olduq. Biz gördük ki, daha əvvəl aşkarladığımız hücumlar bu hücumlarla əlaqəlidir. Bu, həm də təhlükələrin kəşfidir. Belə nadir hücumlar uzun illər davam etdirilən fəaliyyətlərin bir kampaniya ilə əlaqəsini müəyyən etdik..” - deyə, Checkpoint şirkətindən Lotem Finkelşteyn bildirib.

Çinin dövlət səviyyəsində sponsorlaşdırıldığı haker hücumları ABŞ-dan məlumatların əldə edilməsinə görə də ittiham edilib. Son səylər koronavirus vaksinləri ilə bağlı olub. Çin hökuməti isə bu ittihamları rədd edir.

“Çin ölkələrin kiberhücumlardan necə istifadə etdiyinə nümunədir. Çin əsasən intellektual mülkiyyəti oğurlayır …” , Gil Baram bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı da kompüterlərinə haker hücumları cəhdi olduğunu bildirib. Təşkilat koronavirus vaksinləri üzərində iş aparıldığı bir müddət bu kimi hücumların artacağı barədə xəbərdarlıq yayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG