Accessibility links

Azərbaycan banklarından pul oğurlamaqda günahlandırılan xarici ölkə vətəndaşı tutulub


Sergey Petroviç
Sergey Petroviç

Azərbaycan Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 273.4-cü maddələri (Kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə) ilə aparılan cinayət işi üzrə ifşa edilmiş beynəlxalq kibercinayətkar qrupun üzvü, xarici ölkə vətəndaşı Sergey Petroviç beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində saxlanılaraq 2017-ci il dekabrın 30-da Azərbaycana ekstradisiya olunub. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycandan kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkə banklarının kompyuter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilməsi, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə üç milyon manatdan artıq vəsaitin oğurlanması faktı üzrə Dövlət Təhlükəsizliyi Xidmətində başlanılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

Kommersiya banklarına qarşı analoji kiberhücumların baş verdiyi tərəfdaş dövlətlərin hüquq mühafizə orqanlarına müəyyən edilən faktlarla bağlı zəruri hüquqi yardım göstərilir.

XS
SM
MD
LG